Ölkə başçısına minnətdarlıq: “Mətbuatımıza qayğınızı əsirgəməmisiniz”
12:51 29.07.2020
Cəmiyyət
559
Prezident İlham Əliyev 22 iyul- Milli Mətbuat Günü münasibətilə jurnalistləri təltif edib. 145 illik tarixə malik Milli Mətbuatımızın inkişafında müstəsna xidmətləri ilə seçilən media nümayəndələri “Əməkdar jurnalist” fəxri adına, “Tərəqqi” medalı və Prezident təqaüdünə layiq görülüblər.
“Sherg.az”ın xəbərinə görə, bununla bağlı bir qrup jurnalist Prezidentə təşəkkür məktubu ünvanlayıb.
“SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyevin ölkə başçısına məktubunda deyilir:
“Möhtərəm cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin siyası kursunun layiqli davamçısı kimi Siz hər zaman mətbuatın inkişafına və tərəqqisinə olan dəstəyinizi göstərməklə yanaşı, jurnalistləri ən yaxın köməkçiləriniz kimi qiymətləndirmisiniz. Mətbuatımızın yubileylərinin qeyd edilməsində, media nümayəndələrinin təltif olunmasında, jurnalistlərin sosial və mənzil-məişət problemlərinin həlli istiqamətində daim təqdirəlayiq addımlar atmaqla yanaşı, həm də qayğınızı əsirgəməmisiniz. Bu sahəyə aid sərəncamlarınız və verdiyiniz mühüm qərarlar mətbuatımızın 145 illik yubileyində də öz təsdiqini tapmış oldu. Xüsusilə, dünyanı cənginə alan COVID-19 pandemiyası və işğalçı Ermənistanın hərbi təxribatlarına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda, Sizin mətbuat nümayəndələrini təltif etməyiniz bizlərə sonsuz fərəh və sevinc hissləri yaşatmış oldu.Müstəqil mətbuatımızın və ulu öndər Heydər Əliyev ideyalarına söykənən, eləcə də, dövlətçilik ənənələrimizin ilk carçılarından olan “SƏS” qəzetinin əməkdaşlarının da bu sırada yer alması bizə ikiqat sevinc yaşatmış oldu. Əməyimizə verdiyiniz yüksək qiymətə görə, Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, “SƏS" qəzetinin kollektivi öz dövlətçilik mübarizəsi ənənəsi ilə bundan sonra da həyata keçirdiyiniz siyasəti var gücü ilə dəstəkləyəcək, öncül təbliğatçınız və əqidə dəstəkçiniz olmaqla sədaqətini nümayiş etdirəcək.
Zati-aliləri, Sizə ölkəmizin tərəqqisi, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi işində yorulmaz fəaliyyətinizdə davamlı uğurlar, qələbə və zəfərlər arzu edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya