Peşə təhsilini pulsuz etmək yaxşı olardı - TƏKLİF
Yusif Nəzərli
05:17 13.02.2025
Cəmiyyət
803
Cəmiyyətdə peşə təhsilinə marağı daha da artırmaq üçün təbliğata ehtiyac var
"Araşdırma aparmalıyıq ki, bizə gələcəkdə hansı peşələr üzrə daha çox və hansı sayda mütəxəssis lazım olacaq". Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, qanun layihəsi Prezident İlham Əliyevin keçmiş qaçqın və məcburi köçkünlərə növbəti diqqət və qayğısıdır: "Bu dəyişiklik əhalinin gələcəkdə məskunlaşmasına da ciddi təsir göstərəcək. İki məqam önəmlidir. Birinci, araşdırma aparmalıyıq ki, bizə gələcəkdə hansı peşə üzrə daha çox və hansı sayda mütəxəssis lazım olacaq, ona da uyğun ixtisasları müəyyən etməliyik. İkinci, bu gün həmin ərazilərdə yeni müəssisələr yaradılır, onlarla təhsilverənlər arasında sıx əməkdaşlıq olmalıdır. Bu, həm də geri qayıdan vətəndaşların işlə təmini baxımından xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətdə peşə təhsilinə marağı daha da artırmaq üçün təbliğata ehtiyac var. Əgər bu istiqamətdə ciddi iş getməsə, gələcəkdə bir sıra sahələr üzrə mütəxəssislərin tapılmasında çətinliklər yarana bilər”.
Deputat Elnarə Akimova deyib ki, orta məktəblərdə peşə təhsilinə marağı olan şagirdlər var, onların da təhsilinə diqqəti artırmaq lazımdır. O bildirib ki, onların gələcəkdə məvacib, iş yerləri ilə təmin olunma ilə bağlı narahatlıqları var: “Peşə təhsilini ümumiyyətlə, pulsuz etmək çox yaxşı olardı. Bu imkanı yalnız Qarabağda sosial baxımdan imkansız şəxslərə deyil, ümumiyyətlə, peşə təhsili almaq istəyən hər kəsə yaratmaq lazımdır. Belə bir addım gənclərə böyük stimul olar. Ümidli gəncliyin olması ümidli gələcəyin qurulması deməkdir. Ümumilikdə, Qayıdışı bütün yönləri ilə stimullaşdırmaq üçün bu qanun atılmış ən mühüm addımlardan biridir, qayıdış prosesinin bütün istiqamətlərdə təmin olunması deməkdir. İnanıram ki, bu qanun peşə təhsilinin funksionallıq qazanmasına, peşə məktəblərinin bütün bölgələrimizdə bərpasına stimul olacaq”.
Deputat Fatma Yıldırım qeyd edib ki, bu gün dövlətimizin əsas siyasəti işğaldan azad olunmuş əraziləri yenidən qurmaqdır: “Kənd və şəhərlərimiz yerlə yeksan olmuşdu. Görülən işlər isə dünyaya mesajdır ki, biz qayıtmışıq. Təhsil də burada önəmli sahələrdən biridir. Peşə təhsilinə yalnız gənclər yox, orta yaşlı insanlar da üz tuturlar. Artıq əmək bazarında özünü təsdiq etmiş şirkətlər normativlərində ixtisas sənədi tələb edir. Ona görə də artıq insanlar başa düşür ki, peşə təhsili müəssisələrinə getməlidirlər. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgəsi böyük inşaat ərazisi sayılır. Oradakı müəssisələr də bu peşə məktəbində təhsil almış, məzun olmuş şəxsləri işlə təmin etməlidir. Məsələn, 2021-ci ildə Bərdədə açılan peşə məktəbi müasir standartlara cavab verir. İnsanlar Bərdədə peşə məktəbini oxuyur, müvəffəqiyyətlə bitirir, amma hara müraciət etməlidirlər? Dövlət Məşğulluq Agentliyinin nümayəndələri bildirir ki, çoxlu vakansiyalar var. Mən belə millət vəkili olaraq müraciət edəndə deyirlər ki, orada məskunlaşmış insanlara üstünlük veririk. Tək təhsil verməklə iş bitmir, təhsil almış insanlar işlə bağlı zəmanəti, gələcəklərini görmək istəyirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət