Polad Bülbüloğlu Rusiyada yaşayan soydaşlarımıza müraciət etdi - FOTO
11:32 25.07.2020
Cəmiyyət
649
“Biz vətənpərvər əhval-ruhiyyəli soydaşlarımızla fəxr edirik! Haqq-ədalət bizim tərəfimizdədir və o, hökmən zəfər çalacaq! Mən sizin yanınızdayam!”
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan soydaşlarımıza müraciət edib.
Səfirin müraciətində deyilir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün azərbaycanlılara müraciət edərək, bu günlərdə öz səsini ucaldan və Azərbaycan bayrağını qaldıran hər kəsə təşəkkürünü bildirib. Mehriban xanımın müraciətində bizə qarşı törədilən vandalizm aktlarına görə ürəkağrısı, Azərbaycan nümayəndələrinə qayğı, zorakılığın qəzəblə pislənməsi və zəkaya, dərrakəyə çağırış duyulur.
Azərbaycanın diplomatik missiyasının rəhbərinin müraciətində deyilir:
“Rusiyada yaşayan bütün soydaşlarımıza müraciət edirəm, bu qadının, ananın, dövlət xadiminin çağırışı ilə diqqətlə tanış olun, onun sözlərinin mənasına fikir verin”.
Sənəddə deyilir: “Mehriban xanım Əliyeva son hadisələrə siyasi qiymət verərək vurğulayıb ki, baş verən hadisələr Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər ciddi təhlükə olduğunu əyani surətdə nümayiş etdirir və bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır.
Müraciətdə qeyd edildiyi kimi bu gün bizim əsas vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb etməkdir. O xüsusi vurğulayıb ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz”.
Səfir Rusiyada yaşayan bütün soydaşlarımızı birləşməyə çağırıb. P.Bülbüloğlu deyib:
“Provokasiyaları layiqincə dəf etmək üçün biz birlikdə olmalıyıq, lakin bu halda küçə davaları səviyyəsinə enməməliyik. Bizim mübarizəmiz hüquq müstəvisi çərçivəsində aparılmalıdır”.
Diplomat hər kəsin yaşadığı ölkənin qanunlarına riayət etməsinin vacibliyini vurğulayıb.
“Siz Rusiyada yaşayırsınız, çoxunuz bu böyük ölkənin vətəndaşlarısınız. Sizdən xahiş edirəm, burada olan qanunlara və qaydalara riayət edin. Pandemiya şəraitində özünüzü ədalətli mübarizə üçün qoruyun, xoşagəlməz vəziyyətə düşməmək üçün qanunları pozmayın, çünki sizinlə bizim bir məqsədimiz var – Vətənin müdafiəsi, onun ərazi bütövlüyünün bərpa edilməsi və tarixi həqiqətin təntənəsi.
Biz vətənpərvər əhval-ruhiyyəli soydaşlarımızla fəxr edirik. Haqq-ədalət bizim tərəfimizdədir və o, hökmən zəfər çalacaq! Mən sizin yanınızdayam!”, - deyə P.Bülbüloğlu bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm