“Prezidentin çıxışları ölkəmizə qarşı qurulmuş istehkamları dağıdır”
Banuçiçək Kalbalıyeva
12:58 12.10.2020
Cəmiyyət
719
“Bu o deməkdir ki, biz təkcə döyüş meydanında yox, diplomatiyada, informasiya müharibəsində də düşmənə qalib gəlirik”
Azərbaycan Prezidenti İlham Əliyev istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verir. İnsanların sözünü və mövqeyini ifadə edir. Bu müsahibələr bir daha nümayiş etdirir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabiliyyətinə malik lider hesab edir. Vətəndaşlar dövlət başçısına inanır, güvənir və tam dəstəkləyirlər.
Prezident İlham Əliyev öz çıxışlarında, o cümlədən müsahibələrində sanki dünyaya xalqın sözünü çatdırır. Dövlət başçısının çıxışları barədə “Sherg.az”a fikirlərini bildirən millət vəkili Tahir Kərimli bir vətəndaş kimi buna görə dövlət başçısına minnətdarlıq edib:
“Prezidentin çıxışlarında toxunduğu məqamlar, səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətinin otuz ildir ürəyində gəzdirdiyi məsələlərdir. Əgər belə demək mümkünsə, dövlət başçısı sanki ürəyimizdən tikan çıxarır.
O, millətimizin düşündüklərini, söyləmək istədiklərini ümumiləşdirərək dünya ictimaiyyətinə çatdırır. Prezidentin öz sözləri ilə desək, o, nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilir.
Dövlət başçısı İkinci Dağlıq Qarabağ müharibəsi ilə əlaqədər 10-a qədər KİV-ə müsahibə verib. Beləliklə, təkcə həmin ölkələrin yerli əhalisi yox, politoloqların da fikirlərində dəyişiklik olub.
Hətta ən qatı əleyhdarlarımız da prezidentin son çıxışlarını dəstəkləyirlər. Bu o deməkdir ki, biz təkcə döyüş meydanında yox, diplomatiyada, informasiya müharibəsində də düşmənə qalib gəlirik.
Bu gün Azərbaycan öz haqq səsini dünyaya çatdıra bilir. Biz nəinki cəbhədəki istehkamları, dünyada ölkəmizə qarşı qurulmuş istehkamları da dağıdırıq. Düzdür, islamafobiya, türkəfobiya bizə müəyyən qədər mane olur.
Fəqət, dövlət başçısının müsahibələri, çıxışları sözümüzü beynəlxalq aləmə çatdırmaq baxımından çox əhəmiyyətlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya