Prokurorluq orqanlarında daha bir TƏYİNAT - YENİLƏNİB

Baş Prokurorluqda daha bir təyinat olub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş Prokurorun əmrinə əsasən, Ocaqverdiyev Əmir İlham oğlu Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma  və riskin müəyyən edilməsi şöbəsinə rəis təyin edilib.
Xatırladaq ki, Ə.Ocaqverdiyev bu təyinata qədər Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Məlumatı Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən təsdiq ediblər.
Qeyd edək ki, Baş Prokuror Kamran Əliyev bundan öncə təyinatla bağlı daha dörd əmr imzalayıb.
12:52
Baş Prokurorluqda yeni təyinat olub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Samirə Nəcəfzadə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. 
S.Nəcəfzadə bu təyinata qədər Baş Prokurorluqda Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror vəzifəsində çalışıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumatı Oxu.Az-a təsdiq ediblər.