Qadın sığınacaqlarının sayı artırılmalıdır
Yusif Nəzərli
04:20 19.05.2022
Cəmiyyət
1115
Belə yerlər həm də dövlətin nəzarətində olmalıdır
Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil. Lakin bu, o demək deyil ki, bütün bölgələrdə sığınacaqlar olmalıdır.
Bu barədə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. Onun sözlərinə görə, elə etməliyik ki, bir şəxsin problemi sığınacağa qədər həll edilsin: "Sığınacaqlardakı xidmətin səviyyəsi qaldırılmalıdır. Bu, əsas məsələdir. Eyni zamanda, müəyyən sayda sığınacaqların yaradılmasına ehtiyac var".
"Ümid yeri" Uşaq Sığınacağı rəhbəri Nigar Mənsimova "Şərq"ə açıqlamasında bildirib ki, hazırda ölkəmizdə az sayda sığınacaq fəaliyyət göstərir: "Sığınacağın yaradılmasının ilk təşəbbüskarı məhz "Ümid yeri" Xeyriyyə Cəmiyyəti və Nigar Mənsimli olub. Əsas məqsəd münaqişəli ailələrdən qovularaq, küçə həyatına məruz qalan, çarəsiz, evsiz-eşiksiz uşaqların əmin əllərdə olmasıdır.
Sonralar körpə uşaqlı analara da burada yer verildi. Təxminən 80 nəfərə qədər himayəetmə gücündə olan sığınacağımız Qeyri Hökumət Təşkilatı olduğu üçün dövlətdən maddi dəstəyin ayrılması neçə illərdir ki, problemlidir. Yalnız qrantlarla, birdəfəlik yardımlarla işləyə bilirik. Hərçənd ki, pandemiya dövründə qrant məsələsi də mümkün olmadı. Belə vəziyyətlər bir az sığınacaqların işini çətinləşdirir. Amma dövlət dəstəyi və qayğısını daim üzərimizdə hiss etdiyimiz üçün xoşbəxt müəssisələrdənik. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə "Ümid yeri" Uşaq Sığınacağının Binə qəsəbəsində olan binası yenidən qurulub. Əlavə korpuslar tikilib, təmir edilib və Heydər Əliyev Fondu tərəfindən ərzaqla təmin olunuruq. İndiki zamanda qadın sığınacaqlarının artması önəmlidir. Həmçinin mövcud olan sığınacaqları da dövlətin ciddi şəkildə mühafizə etməsi vacibdir".
Sığınacaq rəhbəri hesab edir ki, sığınacaqların fəaliyyəti dövlətin daim nəzarətində olmalıdır: "Sığınacağa qədər operativ həll olunan qadın problemi ilə hələ rastlaşmamışam.
Qadınların məsələlərinin qaydasına salınması üçün uzun müddət lazımdır. Nə qədər məsuliyyətli yanaşılsa da, ən azı 3-4 ay vaxt alır. Bildiyim yeganə qadın sığınacağı Mehriban Zeynalovanın "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyidir".
N.Mənsimova vurğulayıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və dövlətin bu məsələlərlə bağlı məsul qurumları bu sığınacaqlarda yaşayanların hüquqlarının qorunmasında, problemlərinin həllində yaxından iştirak etməlidir:
"Dövlətin aidiyyəti üzrə təşkilatları yardıma ehtiyacı olan insanlara tez, hüquqi müstəvidə dəstəklərini göstərdikdə sığınacağa daxil olan uşaqlar, qadınlar orada çox qalmazlar. Onlar da artıq öz yerlərini digər problemi olan şəxslərə verərlər. Fəaliyyətim müddətində sığınacağa mükəmməl dəstəyi yalnız Heydər Əliyev Fondundan gördüm. Onlara da hər zaman təşəkkür edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda ən gənc baş nazir and içdi
21:47 23.02.2026
Dünya
Tramp yenə hədələyib: “Ədalətsiz ölkələr daha pisini görəcək”
21:34 23.02.2026
Gündəm
Qızıl və gümüş yenə bahalaşdı
21:33 23.02.2026
İqtisadiyyat
Dövlət uşaqların himayəsini ailələrə qaytarmağa çalışır - EKSPERT
21:20 23.02.2026
Aktual
Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb
21:11 23.02.2026
Dünya
Pelin 12 illik ərindən ayrılır!
21:00 23.02.2026
Şou
Trampın iqamətgahında zərərsizləşdirilən gənc rəssam imiş
20:43 23.02.2026
Dünya
Zelenski sabiq baş komandan Zalujnıya cavab verib
20:35 23.02.2026
Dünya
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya