Qadının 4 dəfə ərə getməsinə heç kəs qadağa qoya bilməz
Yusif Nəzərli
07:26 17.11.2022
Cəmiyyət
391
Ancaq bizim cəmiyyətdə evlilik qərarı alan valideynlərin uşaqlarla məsləhətləşmək adəti yoxdur
13 yaşlı qız anasının dəfələrlə ailə qurmasına görə evdən qaçıb.
Bununla bağlı paylaşımı Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə özünün sosial şəbəkə hesabından edib.
O qeyd edib ki, 13 yaşlı qız Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə dünən gətirilib: “Evdən qaçıb. İlkin məlumata görə, anasının dördüncü dəfə ərə getdiyinə görə evdən qaçıb. Uşağın ilkin qiymətləndirilməsində zob xəstəliyindən əziyyət çəkdiyini müəyyən etdik. Bir çox hallarda tiroid problemləri əsəb sarsıntıları ilə bağlı olur”.
Psixoloq Azad İsazadə “Şərq”ə açıqlamasında deyib ki, evlilik qərarı böyüklərin öz həyatları ilə əlaqədar olan qərardır:
"Hüquqi baxımdan qadının iki və ya dörd dəfə ərə getməsinə heç kəs qadağa qoya bilməz. Hətta övladı belə olsa, qanunla belə bir məhdudiyyətə haqqı yoxdur. Amma valideynlər evliliklə bağlı qərarlarını uşaqla birlikdə olduğu zaman, sakit bir mühitdə söyləsə uşağın rahat reaksiya göstərməsinə kömək edər. İkinci və daha çox evlilik uşaq kiçikkən, ya da yetkinlik dövrü sonrasında reallaşdığı zaman daha az çətinlik yaşandığı müşahidə edilir. Yetkinlik dövründə olan uşaqların buna uyğunlaşması isə çətin olur. Bizim cəmiyyətdə evlilik qərarı alan valideynlərin uşaqlarla məsləhətləşmək adəti yoxdur. Yəni bir çox insanlar üçün uşaqların bu barədə nə düşündüyü heç bir əhəmiyyət kəsb etmir. Amma psixoloji baxımdan əvvəlcədən uşaqla danışıb, evlənəcəyi şəxsi daha öncədən uşağı ilə tanış etmək daha məsləhətlidir. Çünki uşaqlar maksimalist olur və onlar bəzən ata-analarının ikinci ailəsi ilə yaşadığına utanır, özünə qapanır. Bunun qarşısını almaq üçün də ancaq uşaqla daimi maraqlanıb, onun hisslərini ifadə etməsinə şərait yaratmaqdır".
Konkret hadisəyə gəldikdə isə psixoloq hesab edir ki, uşaqda aşkar olunan zob xəstəliyi ilə bağlı anasının fikirləri öyrənilməlidir:
“Əgər o, uşağının sağlamlığına biganə yanaşıb, xəstəliyindən xəbərsiz olub, yaxud da bilib müalicə etməyibsə, burada hüquqi məsələ ortaya çıxır. Həmin xanımı analıq hüququndan məhrum edib, uşağı dövlətin himayəsinə vermək lazımdır. İndiki halda isə vacib olan uşağın hüquqi statusunu dəqiqləşdirməkdir. 13 yaşlı bir qız uşağı ömrü boyu sığınacaqda yaşayası deyil ki?! Hələlik uşaq özünü harada təhlükəsiz hiss edirsə, orada qalmalı və anasının yanına qayıtmaq istəmirsə, hüquqi statusu məhkəmə yolu ilə həll olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm