
Qaydalar sərtləşir: Təklif Rusiyaya getmək istəyənləri fikirlərindən daşındıra bilər
12:30 02.05.2025
Cəmiyyət
550
Dövlət Dumasının deputatı Yaroslav Nilov Rusiyaya gələn əcnəbilər üçün məcburi tibbi müayinənin tətbiq olunmasını təklif edib.
Axar.az xəbər verir ki, bu təşəbbüsə əsasən, miqrantlar sərhədi keçərkən İİV (QİÇS), Hepatit B və C, sifilis və vərəm xəstəliklərinin olmamasını təsdiqləyən son on gündə verilmiş tibbi arayış təqdim etməlidirlər.
Bundan əlavə, xarici vətəndaşların üzərilərində tibbi sığorta daşımaları da məcburi olacaq.
Hazırda miqrantlar ölkəyə daxil olduqdan sonra 30 gün ərzində tibbi müayinədən keçirlər. Rusiyada 90 gündən artıq qalan əcnəbilər üçün bu müayinə üç ay ərzində aparılır.
Millət vəkili Azər Allahverənov Sherg.az-a bildirib ki, bu partiya, zaman-zaman miqrasiya ilə bağlı kifayət qədər kəskin fikirlər səsləndirir:

“Xüsusilə də miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı sözlər deyir. Nəzərə alsaq ki, Yaroslav Nilov həm də Dövlət Dumasında komitə sədridir və bilavasitə əmək, sosial siyasət məsələlərinə baxır. Bu o deməkdir ki, Rusiyanın Dövlət Dumasında artıq bu məsələ ilə bağlı müəyyən müzakirələr aparılır. Təxmin etmək olar ki, bu müzakirələrin nəticəsi olaraq, ölkə ərazisinə daxil olan, miqrantlarla bağlı yeni qaydaların qəbul ediləcəyi gün elə də uzaqda deyil. Keçən ildən etibarən miqrasiya qanunvericiliyinin ayrı-ayrı komponentləri üzrə bir sərtləşdirilmənin şahidi oluruq. Həmçinin yeni qaydalar var ki, onlar da yaxın zamanlarda qüvvəyə minəcək. Bununla yanaşı, indi isə bu məsələ, dövriyyəyə buraxılıb. Bu təklif,ondan ibarətdir ki, Rusiya Federasiyası ərazisinə daxil olmaq istəyən miqrant səfərinə 10 gün qalmış, tibbi müayinədən keçməli, tibbi arayış almalıdır. Müayinələrin nəticəsindən sonra bu arayış həmin şəxsə təqdim olunur və ölkə ərazisinə keçərkən həmin tibbi arayışı təqdim etməlidir. Bununla yanaşıRusiya mövcud qaydaları bir qədər də sərtləşdirmək həm də tibbi sığorta təqdim etməlidir. Bu təklif Rusiya Federasiyasına getmək istəyən insanların, hətta qısa müddətdə belə səfər etmək niyyətində olsalar, belə səfərlərindən daşındıra biləcək bir fikir kimi də səslənir. Çünki bəlli məsələdir ki, sığorta şəhadətnaməsinin alınması, tibbi müayinənin keçirilməsi, bu həm də müəyyən məbləğdə vəsait və vaxt itkisidir. Görünən budur ki, Rusiya mövcud qaydaları bir qədər də sərtləşdirmək niyyətindədir və bu da təbii ki, Rusiya ərazisinə gedən miqrantların sayına təsir edə biləcək bir hal kimi dəyərləndirilə bilər. Yəni söhbət tək əməkçi miqrantlardan getmir. Əmək miqrantları Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmaq istəyərkən, onlar bir qayda olaraq tibbi müayinədən keçərək tibbi arayış təqdim edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya
60 yaşında ürəyə hansı yük uyğundur? - Həkim izah etdi
19:07 29.03.2026
Sağlamlıq
ABŞ Xark adasına hücum etsə, İran hədəf dairəsini genişləndirəcək
18:58 29.03.2026
Gündəm
Paşinyana qarşı hücum cəhdi ilə bağlı daha bir nəfər HƏBS EDİLİB
18:50 29.03.2026
Gündəm
İran ordusu ABŞ-nin quru əməliyyatına hazır olduğunu BƏYAN EDİB
18:44 29.03.2026
Gündəm
Göyçay çayından sel keçir
18:38 29.03.2026
Aktual