Qəhvə nə zaman içilməlidir? -Ekspertlər doğru vaxtı açıqladı
Yusif Sultanoğlu
13:28 02.06.2024
Cəmiyyət
586
İnsanların bir çoxu gün ərzində gümrah qalmağın yolunu qəhvə içməkdə görür. İş gününə başlayarkən, yorğunluq hiss etdikdə, baş ağrısı zamanı, hətta qanda şəkərin miqdarının düşdüyünü əsas gətirib əlacını qəhvədə görənlər var. Tədqiqatçılar qəhvə içilməsi üçün ən doğru zamanı müəyyənləşdirməyə çalışıb. Ortaya maraqlı nəticə çıxıb.
“Sherg.az” “NTV.com.tr”yə istnadən qeyd edir ki, Northzvestern Universitetinin Feinberg Tibb Fakültəsindən tədqiqatçı Merlin Cornelis “New-York Times”ə verdiyi müsahibəsində “hər kəs kafeinə fərqli təpki verir” söyləyib. M.Cornelis kafeinin insanı uzun müddət gümrah və oyaq saxlamasında genetikanın əhəmiyyətli rol oynadığını deyib. Kafein orqanizmdə təbii şəkildə əmələ gələn və yorğunluğu artıran kimyəvi maddə adenozin ilə qarşı-qarşıya qaldıqda yuxuya getməyi çətinləşdirir və yuxunun müddətini azaldır. Arizona Universitetindəki yuxu və sağlamlıq araşdırma proqramının icraçısı Maykl Grandner “Times”a açıqlamasında kafeinin təsirlərini hiss etmək üçün təxminən 20- 30 dəqiqə lazım gəldiyini söyləyib. Araşdırmacı Grandner deyib ki, insan yuxudan oyandıqdan sonra ilk qəhvəni içmədən öncə əsasən, 30-60 dəqiqə gözləməlidir: “Yuxudan oyanan kimi, gözləriniz açılar-açılmaz qəhvə içmək zərərlidir. Tədqiqatçı tövsiyə edir ki, səhər saatlarında ilk qəhvəni yuxudan oyandıqdan heç olmasa, 45 dəqiqə sonra içmək məsləhətdir. Kortizol (stres) hormonu yuxu ritmini təqib edir. Yüksək kortizol səviyyələri orqanizmin immun sisteminə mənfi təsir edir. Stress hormonunun səviyyəsi yüksəkdirsə, yuxudan oyanar-oyanmaz qəhvə içmək orqanizmə zərər verməklə yanaşı, həm də insanı kafeindən asılı hala gətirəcək. Tədqiqatçı axşamlar yatmazdan əvvəl qəhvə içmək vərdişindən əl çəkməyi də məsləhət görüb. Qəhvəni yatmazdan ən azı 6 saat əvvəl içmək məsləhətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi