QHT rəhbərləri ilə GÖRÜŞ: “Problemlərin operativ həlli üçün tədbirlər nəzərdə tutulur”
Fidan Həmişəyeva
12:34 29.08.2020
Cəmiyyət
696
Prezidentin köməkçisi Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirib. Cənab Prezidentin təsdiq etdiyi QHT-lərə dövlət dəstəyi konsepsiyasında şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lərə dövlət dəstəyi xüsusi prioritet təşkil edir.
Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərin qayğılarının hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu və bu istiqamətdə çox böyük işlər görüldüyünü bildirib. Prezident İlham Əliyevin doğum günlərini şəhid ailələri ilə keçirdiyini deyən H.Hacıyev bunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ruhuna və onların ailə üzvlərinə göstərilən yüksək ehtiramın nümunəsi olduğunu qeyd edib.
Keçirilən görüşü “Sherg.az”a dəyərləndirən millət vəkili Elman Məmmədov bildirib ki, ölkəmizdə QHT-lər çoxdur, amma qaçqın və məcburi köçkünlər, şəhid ailələri ilə işləyən QHT-lərin sayı müəyyən qədərdir. Parlament üzvü görüşün məhsuldar keçdiyini qeyd edib:
“Görüş zamanı səsləndirilən fikirlər əhalimizin xeyrinədir. Qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin daha operativ və yüksək səviyyədə həlli üçün tədbirlər nəzərdə tutulur.
Görüşün məqsədi bu sahədə olan çatışmazlıqlarla bağlı QHT-lərin təkliflərini verməsi idi. Dövlətimiz də həmin təklifləri analiz edərək nəticə çıxarıb lazımlı tədbirlərə əl atacaq.
Bu günə qədər görülməyən işlər, hansı işlərin daha tez yerinə yetirilməsi üçün işlər həyata keçiriləcək. Yəqin ki, QHT-lərin bu sahədə fəaliyyəti dövlətin daha ciddi nəzərətində olacaq. Ona görə də çox lazımlı görüş idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol