"Qulp qoşmayın" - Alim Van Dammın heykəlinə lağ edənlərə səsləndi
Fidan Həmişəyeva
11:11 28.10.2019
Cəmiyyət
1075
Qəbələ rayonunun Vəndam kəndində məşhur amerikalı aktyor Jan Klod Van Damma abidə qoyulub. Bu barədə jurnalist Şakir Eminbəyli öz feysbuk səhifəsində status paylaşıb. O, bildirib ki, abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir.
Abidə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bir qisim insanlar Qəbələ rayonunda heykəlin qoyulmasını düzgün hesab etmirlər. Onların sözlərinə görə, Vəndam kəndinin amerikalı aktyorla heç bir əlaqəsi yoxdur və yaradılan abidə mənasızdır. Digər qisim isə burada qeyri-adi bir məqam olmadığını, əksinə bu hadisənin ölkəmizdə turizmin inkişafı üçün səmərəli olacağını düşünür.
Mövzu ətrafında fikirlərini Sherg.az-la bölüşən sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, Qəbələdə Van Dammın heykəlinin qoyulmasında qeyri-adi hal yoxdur.
Sosioloqun sözlərinə görə, bu hadisəni tamamilə normal qəbul etmək lazımdır:
“Adam belə halları görəndə təəssüf hissi keçirir. Bu kimi heykəllər dünyanın hər yerində yayılıb. Hansısa tanınmış adama heykəl qoyurlar və yaxşı qarşılanır. Belə hadisələr xüsusilə Avropada geniş yayılıb. Bu, həmin adama hörmət mənasındadır, həm də bir qədər reklam xarakteri daşıyır. Burada pis nəsə yoxdur. Amma bizim camaat nəyəsə qulp qoşmaq üçün məqam axtarır. Qulp qoşma ölkəmizdə kifayət qədər çoxdur. Bunun özü o qədər də yaxşı göstərici deyil, hər işə qulp qoşmaq nəyə lazımdır? Əgər heykəl adət-ənənələrimizə zidd olsaydı, pornoqrafik xarakerli abidə yaradılsaydı və ya xalqımızın düşməni olan şəxsin heykəli qoyulsaydı buna etiraz etmək olardı. Amma Qəbələdəki abidə yarı yumoristik olan və reklam üçün istifadə edilən texnologiyadır. Burada pis heç nə görmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi