Rafael Cəbrayılovun qardaşı qazinin də pulunu mənimsəyib
Yusif Nəzərli
12:23 26.04.2022
Cəmiyyət
463
Sabiq deputat, həbsdə vəfat etmiş Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun cinayət işi ilə bağlı zərərçəkmiş şəxslərdən biri İkinci Qarabağ müharibəsi iştirakçısıdır.
Lent.az-ın əldə etdiyi məlumata görə, adının çəkilməsini istəməyən birinci qrup müharibə əlili bildirib ki, 2018-ci ildə özəl şirkətlərdən birində mənzil alıb.
Bir müddət sonra mənzilin başqa bir şəxsə də satıldığı məlum olub.
Elşən Cəbrayılov barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclasında zərərçəkmiş şəxs də ifadə verib.
Qazinin sözlərinə görə, dələduzluq əməli nəticəsində ona 250 min manat ziyan dəyib.
Xatırladaq ki, Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.
Vətəndaşlar şikayətində qeyd ediblər ki, aldıqları mənzillər E.Cəbrayılov tərəfindən başqa şəxslərə də satılıb. Nərimanov Rayon Polis İdarəsinin İstintaq İdarəsində onunla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanılaraq həbs qətimkan seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilməyərək, Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb. Lakin dövlət ittihamçısı qərardan narazı qalaraq protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edərək Elşən Cəbrayılov barəsində 1 aylıq həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı qərar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı