Respondentlərin 80,9 faizi sülh müqaviləsinin imzalanmasını dəstəkləyib - SORĞU
08:15 11.10.2023
Cəmiyyət
493
Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu məsələyə ictimai münasibəti öyrənmək məqsədilə sorğu keçirib.
STM-dən "Report"a bildirilib ki, respondentlərə ünvanlanan “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına verilən cavablara əsasən, cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına yüksək dəstək ifadə edilib. Belə ki, sorğu iştirakçılarının mütləq əksəriyyəti – 80,9%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyib.
Respondentlərin 18,3%-i əks mövqedən çıxış edərək sülh müqaviləsinin imzalanmasını dəstəkləməyib. 0,8%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.
Sorğu nəticələrinin müxtəlif demoqrafik göstəricilər üzrə təhlilində maraqlı məqamlar müəyyən edilib. Nəticələrin gender aspektdən təhlilinə əsasən, kişilərin 85,1%-i və qadınların 76,7%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyiblər.
Həmçinin, təhsil və yaş səviyyələri artdıqca sülh müqaviləsinin imzalanmasını dəstəkləyənlərin sayı da artıb.
Nəzərə çatdıraq ki, Sosial Tədqiqatlar Mərkəzinin sözügedən istiqamətdə 2022-ci ildə və cari ilin müxtəlif dövrləri üzrə keçirdiyi rəy sorğularında da analoji dinamika izlənilməklə sülh müqaviləsinin imzalanmasına yüksək ictimai dəstək ifadə edilib.
Bununla yanaşı, ötən ay keçirilmiş sorğular zamanı yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inamını ifadə edənlər ümumilikdə 53,1% təşkil edərkən, oktyabr ayı üzrə sorğularda sülhün əldə olunacağına ictimai inam yüksələrək 66,7%-ə bərabər olub.
Sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 5–9 oktyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib.
Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan olmaqla 12 iqtisadi rayon əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm