Şahbaz Xuduoğlu heyrət içindədir
Şahbaz Xuduoğlu heyrət içindədir
Yusif Nəzərli
07:55 13.09.2024
Cəmiyyət
543
İcra başçılarının “Təkərli kitab evi”ni görməyə gözü yoxdur
Naşir Abşeron və Nərimanov rayon icra hakimiyyətlərinə yazdığı məktublara cavab ala bilmir
“Qanun” Nəşriyyatının direktoru, “Təkərli kitab evi” ilə şəhərləri, küçələri dolaşıb kitaba, mütaliəyə maraq, rəğbət və vərdiş yaratmağı qarşısına məqsəd qoyan Şahbaz Xuduoğlu Bakının Abşeron və Nərimanov rayon icra hakimiyyətlərindən şikayətçidir. Sosial şəbəkədə bu haqda yazan naşir müraciətlərinin hər iki icra hakimiyyəti tərəfindən cavabsız qaldığından gileylənib:
- Yay boyunca iki icra hakimiyyətinə — Abşeron və Nərimanov rayon icra hakimiyyətlərinə yazdığım məktublara cavab ala bilməmişəm. Hər iki məktub kitab və kitab təbliğatı ilə bağlı idi. Məktub yazdıqdan sonra hər iki rayona zəng də etmişəm. Humanitar məsələlərlə məşğul olan müavinlərlə danışmışam və hər dəfə “Sizə mütləq yazılı cavab veriləcək” deyiblər. Hətta işi çox mürəkkəbləşdirməmələri üçün şifahi cavabın da yetərli olduğunu bildirmişəm. Buna cavab olaraq, “Onda icazə verin dəqiqləşdirim, sizə xəbər edəcəyəm” kimi çox mədəni cavablar almışam. Lakin hələ də cavab yoxdur. Gözlə ha gözlə. Günlər keçir, həftələr, aylar keçir. Demək olar ki, hər gün zəng edirəm. Həftədə, ya iki həftədə bir, bəlkə zəngimi açarlar deyə gözləyirəm. Bəzən, təsadüfən, zəngimi açırlar, çox mədəni şəkildə “Sizə nə lazımdır, buyurun” deyərək empatiya göstərirlər. Mən isə, “Kitabla bağlı zəng etmişəm, yadınızdadır, məktub da yazmışdım. Kitab üçün icazə istəmişdim” deyirəm. Bu anda səsləri dəyişir, həlim tonun üzərinə sanki soyuq su tökülür. Çox quru bir tərzdə “Hə, yadıma düşdü, sizə mütləq cavab veriləcək” deyirlər... Və beləcə yay sona çatır. Dünən Nərimanov Rayon İcra Hakimiyyətinin müavini İradə Muradova dedi ki, “bilirsiniz, mən artıq məzuniyyətdəyəm.” (Ürəyimdə “kaş təqaüdə çıxasan”, deyirəm). Abşeron Rayon İcra Hakimiyyətinin müavini Gülnar Rəhimova isə iki gün əvvəl demişdi ki, “uzağı iki saata sizə cavab verəcəm”. Lakin daha sonra zəngimə də cavab vermədi. Bundan sonra insan nə yazacağını, nə deyəcəyini və ümumiyyətlə, nə edəcəyini bilmir.
Ş.Xuduoğlu ilə əlaqə saxlayıb müraciətlərinin konkret məzmununu öyrəndik. Naşirin icra hakimiyyətlərindən istəyi nədən ibarətdir?
- “Təkərli kitab evi” Abşeron rayonu, Xırdalan şəhərinə bir neçə dəfə gedib. Əhalinin, gediş-gəlişin daha sıx olduğu yerdə dayanmasına şərait yaradılmayıb. “Təkərli kitab ev”ni Xırdalandakı Heydər Əliyev parkında saxlamışıq, polis tərəfindən heç bir maneə olmayıb. Yox ha, icra hakimiyyətinin nümayəndəsi gəlib deyib ki, burada dayana bilməzsiniz. Bir neçə dəfə olub belə. Mən müraciət etmişəm ki, “Təkərli kitab evi”nin müvafiq, uyğun yerdə dayanmasına şərait yaradılsın. Bildirmişəm ki, “Təkərli kitab evi” sosial layihədir. Məqsədimiz kitab satmaq deyil, kitabları nümayiş etdirmək, kitabın dəyərini insanların diqqətinə çatdırmaqdır. Parkda bir neçə dəfə sərgi keçirmək istəmişik, həmçinin də Nərimanov parkında. Əvvəllər bu parkda kitab sərgilərimiz olub. Məni üzən budur ki, cavab vermirlər, müraciətləri iqnor edirlər, saymazlıq göstərirlər. Cavab verib desələr ki, olmaz və bunu nəyləsə əsaslandırsalar, anlayışla qarşılayaram. Amma cavabsız qoymaq nədir?!. Saymazlıq nədir?!. Yaraşmaz axı bir məmura, icra başçısının müavininə. Onları müavin təyin edəndə vəzifələrini başa salmırlarmı? Vəzifələrindən birinin vətəndaşların müraciətlərinə, məktublarına, sorğusuna cavab vermək olduğunu deməyiblərmi?
Ş.Xuduoğlu qeyd etdi ki, kitab sərgisi keçirmək üçün də müraciət edib, lakin indiyədək heç bir cavab almayıb:
- Kitab sərgisi təşkil etməyin nə ziyanı var? Müraciət edən şəxs müraciətinə cavab gözləyir. İnsan həyatını cavab gözləməyə sərf etməməlidir axı. Mədəni formada müraciət etmişik, beləcə də bizə cavab verilsin, ya “hə”, ya “yox”. Bu, beləmi çətindir yəni? Yenə deyirəm, məqsədimiz kitab satmaq deyil, zatən kitab satışından nə gəlir əldə edilir ki! Məqsədimiz insanları mənəvi qida ilə təmin etməkdir. İcazə vermirlər, səbəbini izah etsinlər, bilək. Mən məmurların bu dərəcədə saymazlıq, susqunluq göstərməsinə heyrət edirəm...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi