
Şəhər iflic olub: Aktyorlar da dilə gəldi!
Yusif Sultanoğlu
06:51 30.04.2024
Cəmiyyət
544
“Parkinq ləğv edilməzdən əvvəl ona uyğun, alternativ parkinq yeri təşkil edilməliydi”
Əməkdar artist Əkbər Əlizadə şəhərin mərkəzindəki parkinqlərdən şikayətçidir. Sosial media hesabında paylaşım edən aktyor çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrına yollandığını, amma maşınını saxlamağa yer tapmadığını bildirib. Yayımladığı videomüraciətdə sənətçi aidiyyəti qurumlara səslənib: "Hörmətli qurumlar, məsələni çözün. Akademik Musiqili Teatrda çalışıram. Tamaşaya gəlmişəm. Zərifə Əliyeva küçəsi bağlıdır, keçmək mümkün deyil. "Molokan bağı"nın yanında dayanacaqda yer olduğu halda polis içəri buraxmır. Maşınlar dayanıb, içəridə yer ola-ola buraxmırlar. Kimə deyim? Yerüstü Nəqliyat Agentliyinin rəhbərinin yanında qəbulda oldum. Cavab verdi ki, mənə necə göstəriş verilibsə, elə edirəm. Vaxtında tamaşaya gəlmişəm, maşını harada saxlayım? Kibrit qutusu deyil ki, qatlayım qoyum cibimə. Tək mənim yox, teatrın digər əməkdaşlarının böyük problemidir. Dayanacağa hər saatda ödədiyimiz pul maaşımızın yarısını aparır. Tamaşaçılarımızın sayını da bu məsələ azaldıb, çünki teatra gələnlər maşın saxlamağa yer tapmır".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə “Qafqazinfo”ya bildirilib ki, qeyd edilən ərazidə əməkdaşlar tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də hərəkətin tənzimlənməsi istiqamətində nəzarət tədbirləri həyata keçirilir: "Dayanacaqda yer olmadığı üçün yarana biləcək sıxlıqların qarşısının alınması məqsədilə əlavə tədbirlər görülür".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında qeyd edib ki, aktyorun iradları ilə tamamilə razıdır:

"Həmin ərazidəki parkinq ləğv edilməzdən əvvəl ona uyğun, alternativ parkinq yeri təşkil edilməliydi. Əgər bu mümkün deyildisə, parkinq yerlərini ləğv etmək lazım deyildi. Bizdə, zatən hər zaman eyni nöqsanlar, eyni xətalar baş verir. Nəyisə ləğv edirlər, amma əvəzləyicisi olmur. Deyirlər, edəcəyik. Müəyyən zaman keçir, insanlar narahat olur, narazılıq yaranır, uzun müddət sonra, baxırsan ki, nəsə edildi. Amma yenə əvvəlki rahatlıq təmin edilmir. Bir şeyi ləğv etmədən, bunun nəticəsini də görmək lazımdır və ona uyğun tədbir görülməlidir. İşlər paralel aparılmalıdır. Vətəndaş niyə günlərlə, aylarla avtomobilini saxlamağa yer tapmamalıdır? Parkinq qiymətləri müəyyən edilərkən də vətəndaşın maddi gəlirləri nəzərə alınmalıdır. Heç də hər kəs yüksək gəlirli deyil. Kiminsə avtomobilinin olması, bu şəxsin yüksəkgəlirli olması, yüksək əməkhaqqı olan işdə çalışması anlamına gəlməməlidir. Bəli, aydındır, insanları ictimai nəqliyyata yönləndirmək məqsədi var. Müsbət, faydalı məqsəddir. Amma ictimai nəqliyyatda problemlər həllini tapmayıbsa, avtobuslar saatlarla tıxaclarda qalırsa, sıxlıq, basabas davam edirsə, kimdənsə şəxsi avtomobillə hərəkət etmə, avtobusa min, deyə tələb etmək də olmaz. Şəhərin bəzi mərkəzi küçələrində avtomobillərin hərəkətini qadağan etməyin heç bir əhəmiyyəti yoxdur. Sadəcə, bəzi küçələr avtomobillərin hərəkətinə bağlanıb. Bunun heç bir müsbət əhəmiyyəti, iqtisadi-sosial-ekoloji üstünlüyü də yoxdur.
Musiqli Dram Teatrının aktyorları, əməkdaşları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, həmçinin AYNA-ya kollektiv müraciət etsinlər ki, avtomobillərini park etmək üçün onlara yer ayırsınlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya