Səhiyyə hərbi sistem kimi olmalıdır: Həkim bölgəyə ezam olundusa, mütləq ora getməlidir
Ayyət Əhməd
14:10 25.11.2019
Cəmiyyət
836
"İcbari tibbi sığorta sisteminin tətbiqi uzun zamandır müzakirə olunur. Ancaq yenə də ciddi şəkildə ictimai müzakirələrə ehtiyac var. Bu sahənin mütəxəssisləri cəmiyyətə ətraflı izahatlar verməli, maarifçilik işləri aparmalıdır. Çünki bu məsələ tək qanunla həll olunası deyil. İnsanlara sığorta sistemindən necə istifadə olunması izah edilməlidir. Bununla bağlı İctimai Televiziyada verilişlər hazırlanmalı, mütəxəssislər dəvət olunaraq sistemin mahiyyətini əhalimizə izah etməlidir".
Sherg.az-ın xəbərinə görə, bu sözləri “Tibbi soğorta haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.
Deputatın sözlərinə görə, insanlar hesab edir ki, qanun qəbul edildi və hansı xəstəliyi olsa sığorta kağızını göstərib müalicə olunmalıdır:
"Ona görə də insanlara izah edilməlidir ki, paketə nələr daxildir və proses necə olacaq. Bu işdə peşəkar kadr potensialına ehtiyac var. Kimlərsə bu günə qədər yarımştat işləyib və bu, hansı formada olacaq, seçim necə aparılacaq, hansı həkimlər insanlara xidmət göstərəcək və s. kimi suallar öz cavabını tapmalıdır. Biz səhiyyə sistemini hərbi sistem kimi etməliyik. Həkim bölgəyə ezam olundusa, mütləq ora getməlidir. Elə hal da olur ki, Azərbaycan Tibb Universitetini bitirənlər məhz Bakıda qalıb burada özəl tibb müəssisələrində işləmək istəyirlər. Yaxud da qərar qəbul ediləndə adını haradasa yazdırır, amma burada hansısa klinikada fəaliyyət göstərir. Yəni bu sahədə cavabı alınacaq suallar çoxdur. Bu təcrübəni həyata keçirən bir çox inkişaf etmiş ölkələrin nəticələri ilə maraqlanmışam. Məlum olub ki, hələ də ən inkişaf etmiş ölkələrdə belə bu problemlər öz həllini tamamilə tapmayıb. Çalışmalıyıq ki, ölkədə icbari tibbi sığortaya keçid vətəndaşlar arasında narazılaqlara səbəb olmasın.
Əsas məsələ bu sistemin vətəndaşların sağlamlığına xidmət etməsidir. Azərbaycanda kifayət qədər müasir tibbi avadanlıqlar var. Amma hələ də onları işlədə bilən mütəxəssislər kifayət qədər deyil. Ona görə də bu avadanlıqları işlədə bilən kadrların olması vacibdir. İcbari tibbi sığortadan yararlanan vətəndaş gəlib deyəcək ki, pulumu ödəmişəm və tələb edəcək ki, mənə düzgün diaqnoz qoyun. Problem olanda məhkəmə çəkişmələri başlayacaq. Ona görə də ictimai müzakirəyə ciddi şəkildə ehtiyac var. Bir-iki rayonda bunu həyata keçirmək olar. Bütövlükdə respublikanı əhatə etmək üçün tam şəkildə əminlik olmalıdır. Əminlik olduqdan sonra sistemi ölkə üzrə tədbiq edə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya