
Sentyabrda da istilər olacaq -Ekoloqdan ŞOK PROQNOZ
Sentyabrda da istilər olacaq -Ekoloqdan ŞOK PROQNOZ
Yusif Nəzərli
04:27 25.08.2024
Cəmiyyət
574
Bakının havası həmişə belə olub, sadəcə, hazırda isti hava insanlara daha çox əziyyət verir, bunun da səbəbləri var
Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, istidən şikayətlənsək də, bu, əsl Bakı, tipik avqust havasıdır:
- Nəyə görəsə bəzən insanlara elə gəlir ki, avqustda sərinlik olmalıdır. Niyə? Avqust yayın 3-cü ayıdır və astronomik yay fəsli sentyabrın 22-dək davam edir. Sentyabrda da isti havalar müşahidə edilə bilər. Mülayim hava Bakı və Abşeronda, yayın müəyyən günlərində də müşahidə edilir. Bakının iqlimi küləkli olduğuna görə bir neçə gün davam edən qızmar istilər sonra sərin hava ilə əvəzlənir, küləkli günlər başlayır. Mülayim, sərin havalar sentyabrın 10-15-dən sonra hakim mövqe tutur. İndi avqustun sonları, Bakı və Abşeronda ən isti hava olan günlərdir. Bakının havası həmişə belə olub. Sadəcə, hazırda isti hava insanlara daha çox əziyyət verir, isti insanlara daha çox təsir edir. Bunun da səbəbləri var. Birincisi, Bakıda əhali son 20-30 ildə həddindən artıq artıb. Nəqliyyat da artıb. Əhalinin böyük faizi işçi təbəqəyə aiddir. İsti havada işə getmək, ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətindədirlər, odur ki, istini daha çox hiss edirlər, açıq havada çox olduqlarından temperatur yüksəkliyi insanları narahat edir. Digər səbəb şəhərdəki hədsiz sıxlıqdır. Hündür, şüşə binalar çoxdur, bu da ətrafa əlavə istiliyin yayılmasına səbəb olur. Binalar sıx tikildiyindən hava sirkulyasiya etmir deyə sərinlik yaranmır. Şəhərdə yaşıllıqlar azdır, kölgəlik də azdır. Binalar günbəgün artır, ağaclarsa azalır. Belə şəraitdə əlbəttə, sərinlik olmayacaq, nəfəs almaq çətinləşəcək.
Ənvər Əliyev yaxın günlərdə havanın sərinləşəcəyini istisna etmədi:

- Bakının havası oynaqdı. Ola bilər ki, 2-3 gündən sonra sərinlik yaransın. Şimaldan gələn soyuq hava kütlələrinin təsiri altında temperaturda enmələr olsun. Ümumiyyətlə, avqustun 6-dan sonra iqlimdə dəyişiklik baş verir. Bu, sırf astronomik hadisədir. Bizdən cənub-şərqdə, üfüqdən o qədər də yüksək olmayan “quyruqlu ulduz” görünür. Buna el arasında “quyruq doğdu” deyirlər. Bundan sonra gecələr havanın sərinləşməsi başlayır. Çünki gündüzlər yavaş-yavaş qısalmağa, gecələrsə uzanmağa başlayır. Bu astronomik hadisə payız gecə-gündüz bərabərliyinə qədər davam edir, payızın gəlişi ilə artıq gündüzlər daha da qısalır, gecələr daha da uzanır. Avqustun 6-dan etibarən gecələr hava sərinləşməliydi. Amma bu il bir az gecikmə var. Bakının havası atmosfer təzyiqinin aşağı və ya yuxarı olmasından da asılıdır. Rütubət də öz təsirini göstərir. Rütubət çox olduqda isti daha çox hiss olunur, diskomfort yaradır. Qlobal iqlim dəyişikliyi isə insan amili ilə bağlıdır. İspaniya, İtaliya istidən “yanır”, Almaniyanı sel-su aparıb. Şimal yarımkürəsində yağıntılar, leysan yağışları hakimdir. Yer kürəsində iqlim dəyişkiliyi periodik olaraq hər 50-70 ildən bir baş verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi