Şöbə müdiri: “İşğal müddətində ətraf mühitə zərər verənlər məsuliyyətə cəlb olunacaq”
Yusif Nəzərli
14:03 19.04.2022
Cəmiyyət
403
“Oxçuçayda ekoloji böhran və çirklənmənin davamlı olması nəticəsində ətraf ərazilərin ekoloji riskləri ilə bağlı müvafiq məlumatlar beynəlxalq qurumlara bildirilib”.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Zəngilana təşkil olunan səfər zamanı bildirib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur su ehtiyatları ilə zəngin olan ərazilərdir:
“Həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, terminal, mineral su yataqları ilə bol olan yeraltı su ehtiyatları var. İşğalda olan torpaqlar azad edildikdən sonra orada su ehtiyatları üzərində nəzarət xarakterli monitorinqlər bərpa edildi. Aparılan monitorinqlərin nəticələrinə görə transsərhəd çayların, xüsusilə də Oxçuçayın ağır metallarla ciddi şəkildə çirkləndiyi aşkar edilib. Həm su ehtiyatlarının özü, həm də dib çöküntüləri ağır metallarla çirklənməyə məruz qalıb. Bunun da əsas mənbəyi Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələridir”.
Şöbə müdiri deyib ki, çirklənmə prosesi işğal vaxtında olduğu kimi indi də davam edir: “Sanki Oxçuçay tullantı sularının kollektoru kimi istifadə olunur. Bununla da çayın ekoloji mühit və balansı pozulub. Bu faciə ilə bağlı lazımi təşkilatlar qarşısında iddialar qaldırılıb. Oxçuçayın çirklənməsinin qarşısının alınması, bərpası ilə bağlı elmi yanaşmalardan istifadə edərək reabilitasiya proqramının hazırlanması məqsədilə müvafiq tədqiqat qrupu da yaradılıb”.
Nazirlik rəsmisi vurğulayıb ki, qeydə alınan ölçmə nəticələri, hər bir qiymətləndirmə, aşkar olunan faktların hamısı sənədləşdirilir:
“Sonda bütün bu sənədlər müvafiq qurumlara təqdim olunacaq və çirklənməni törədən şirkətlər, müəssisələr qarşısında məsələ qaldırılacaq. Azad olunan ərazilərdə işğal müddətində fəaliyyət göstərən, təbiətə, ətraf mühitə, su ehtiyatlarına, çaylara zərər verənlər mütləq şəkildə məsuliyyətə cəlb olunacaqlar, törətdikləri əmələ görə də cavab verəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil