SOCAR işçi heyətinin azalmasına aydınlıq gətirib
Yusif Nəzərli
17:40 20.04.2022
Cəmiyyət
585
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.
Bu barədə "Report"a SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən məlumat verilib.
"Qeyd edilməlidir ki, əsaslı təmir işləri bitdikdən sonra layihə çərçivəsində tikintisi bitmiş qurğuların baş podratçılar tərəfindən planlı şəkildə istismara buraxılması həyata keçirilir. Bununla əlaqədar, layihəyə cəlb edilmiş tikinti şirkətlərinin iş həcmində azalmalar başlamışdır. Bu isə öz növbəsində tikinti şirkətləri tərəfindən layihəyə cəlb edilmiş işçi heyətinin zamanla azalması ilə müşahidə olunur.
Qeyd olunmalıdır ki, bu cür layihələrdə podratçılar və tikinti şirkətləri tərəfindən cəlb edilən işçi qüvvəsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən müddətli əmək müqavilələri imzalanır. Belə ki, işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqaviləsi imzalana bilər. Müddətli əmək müqavilələrinin şərt və müddəalarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən müddət bitdikdə layihəyə cəlb olunmuş işçi qüvvəsinin azalması baş verir.
SOCAR olaraq bildirmək istərdik ki, tikinti şirkətləri ilə onların sabiq işçiləri arasında olan münasibətlər mövcud qanunvericiliyə əsasən SOCAR-ın və onun istənilən törəmə müəssisəsinin məsuliyyət dairəsinə aid deyildir. Eyni zamanda bu kimi halların olmaması və aradan qaldırılması üçün SOCAR tərəfindən qanunvericilik çərçivəsində müəyyən işlər görülür.
Son olaraq vurğulamaq istərdik ki, modernizasiya layihəsinin icra qrafikinə uyğun olaraq hazırda zavodda icra olunan əsaslı təmir işləri tamamlandıqdan sonra, 2022-ci ilin ortalarından etibarən ölkədə ilk öncə "Avro 5" dizel istehsalının, daha sonra digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi nəticəsinə 2023-cü ilin ortalarından etibarən "Avro 5" benzin istehsalının təmin olunması planlaşdırılır", - məlumatda deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil