
Sosioloqdan sərt reaksiya: Şəhid və qazilərin statusundan istifadə edənlər cəzalandırılsın!
10:24 16.09.2024
Cəmiyyət
501
Mingəçevirdə dələduzluq edən qadın tutulub.
Sherg.az qafqazinfo-ya istinadla xəbər verir ki, Mingəçevir ŞPŞ-nin əməkdaşları dələduzluqda şübhəli bilinən Rəsmiyyə Kazımovanı saxlayıblar.
Məlum olub ki, R.Kazımova zərərçəkmişə özünü şəhid xanımı kimi təqdim edərək, dövlət tərəfindən veriləcək fərdi yaşayış evini ona pay edəcəyini bildirib. O, sənədləşmə üçün həmin şəxsin 22 500 manat pulunu dələduzluqla ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Kazımova barəsində həbs qətimkan tədbiri seçilib.
Onun analoji əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, dələduzluq qadın adına, zərafətinə yaraşan hal deyil:

“Özünü şəhid xanımı kimi qələmə verərək, bu şərəfli addan istifadə etmək bir azərbaycanlı qadına yaraşmaz. Lakin Rəsmiyyə Kazımova bunları nəzərə almadan böyük bir cinayətə əl atıb. Özünü şəhidin həyat yoldaşı kimi qələmə verib, qarşı tərəfi aldadıb və yüksək məbləğdə onun pul vəsaitini mənimsəyib. Təbii ki, hüquq-mühafizə orqanları artıq cinayətin araşdırılmasına başlayıblar. Yaxın günlərdə R. Kazımova haqqında qərar veriləcək. Lakin vurğulamaq istəyirəm ki, R. Kazımovanın cinayət əməli və özünü şəhid xanımı adlandıraraq yalan danışması ayrı-ayrılıqda qiymətləndirilməli və cinayət törədən şəxs məhz hər iki hal üçün ayrı-ayrılıqda cəzasını almalıdır. Son vaxtlar qazilərin adından istifadə edənlərlərlə də qarşılaşırıq. Bu hərəkətləri törədənlərin hər biri cinayət məsuliyyətinə cəlb olunmalı və ciddi cəzalandırılmalıdır. Şəhidlər və qazilər bizim qürurumuzdur. Özünü onlar kimi təqdim edənlər, onlarının statusundan istifadə edib dövlətlə cəmiyyət arasında narazılıq yaradanlar, R. Kazımova kimi qanuna zidd hərəkətlərə yol verənlər cəzalandırılmalıdır ki, başqaları üçün də dərs olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya