Statistika ürəkaçandır
Şəymən Bayramova
08:53 28.07.2020
Cəmiyyət
875
Sərt karantin rejimi artıq bəhrəsini verdi
Bundan sonrakı mərhələdə də vətəndaşlar qaydalara əməl etməlidirlər. Əks halda vəziyyət yenidən gərginləşə bilər
Ölkədə sərt karantin rejimi tətbiq edildikdən sonra COVID-19 virusuna yoluxanların sayında kəskin azalma müşahidə edilir. Xəstəliyin yayılma arealı daraldıqca, sağalanların sayı yoluxanların sayını kəskin üstələyir.
Göründüyü kimi qaydalara ciddi riayət etmək xəstəliklə mübarizəni asanlaşdırır, ona qarşı görülən tədbirləri effektiv edir. Sadəcə, bir az dözüm və səbir nümayiş etdirərək hamılıqla bu təhlükəni də dəf etməyə çalışmalıyıq.
Karantin müddətində fiziki məsafənin qorunması, həmçinin tibbi maska və spirt tərkibli vasitələrdən istifadə ilə müsbət dinamikaya nail olunub. Mütəxəssislər isə hesab edir ki, bundan sonra da qaydalara riayət edilməlidir ki, tendensiya dəyişməsin. Əgər vətəndaşlar daha da diqqətli olaraq
Operativ Qərargahın qaydalarına düzgün əməl etsələr, müsbət dinamika davamlı olacaq. Belə ki, sağalmanın yoluxmanı üstələməsi artıq tendensiyaya dönür. Əsas məsələ aktiv xəstə sayının azalmasıdır. Aktiv xəstə sayı azaldıqda buna artıq sağalma trendi kimi baxmaq olar.
Həkim Vasif İsmayılın "Şərq"ə verdiyi açıqlamasına görə, pandemiya ilə mübarizə bu templə davam etməli, karantin rejiminə riayət olunmalıdır:
"Yoluxma tempinin azalması vətəndaşları arxayınlaşdırmamalıdır. Görülən gigiyenik tədbirlər, eləcə də sosial məsafənin qorunması və qoru-yucu maskalardan istifadə vətəndaşlar üçün mütləqdir. Əgər yoluxma sayında müşahidə olunan müsbət dinamika insanlarda arxayınlıq yaratsa və karantin rejimi yumşaldılsa, say yenidən artacaq.
Xatırlayırsınızsa, aprel-may aylarında Azərbaycanda koronavirusa yoluxma ilə bağlı vəziyyət çox yaxşı idi. Amma yumşalmadan sonra vəziyyət gərginləşdi. Buna da səbəb odur ki, karantinin yumşalmasından sonra qaydalara əməl edilmədi. İnsanlar tibbi maska taxmadılar, sosial məsafəyə əməl edilmədi. Nəticədə yoluxma sayı 500-i keçdi. İndi sağalanların sayı xəstələnənlərin sayını üstələyir. Bu, sərt karantinin nəticəsi oldu. Ona görə, düşünürəm ki, karantinlə bağlı yumşalmalar olsa, koronavirusun yoluxma dinamikası yenidən artacaq".
Son 10 gündə COVİD 19-a yoluxma sayında xeyli azalmaların müşahidə olunduğunu vurğulayan həkim-infeksionist Natiq Əliyev də açıqlamasında sərt karantin və məhdudiyyətlərin tətbiqinin artıq öz təsirini göstərdiyini deyib.
Onun sözlərinə görə, əldə olunan müsbət dinamika nəticəsində virusa yoluxma hallarının ikiqat artmasının qarşısı alınıb, gündəlik yoluxma sayı sabitləşib. Bir neçə gündür açıqlanan statistika olduqca ürəkaçandır: "Düşünürəm ki, azalma sayı bu dinamika ilə davam etsə, sağalanların sayı daha çox olacaq".
Müsbət tendensiyanın yaranmasının digər bir səbəbini əhalinin böyük qisminin qaydalara riayət etməsi ilə əlaqələndirən həkim hesab edir ki, bundan sonrakı mərhələdə də vətəndaşlar qaydalara əməl etməlidirlər.
Əks halda vəziyyət yenidən gərginləşə bilər. İnfeksionistin sözlərinə görə, pandemiya ilə bağlı müsbət dinamika özünü sadəcə rəqəmlərin azalmasında yox, xəstələrin ağırlıq dərəcəsində də büruzə verir. Öncəki aylarda koronavirusa yoluxan xəstələrin vəziyyəti ağır olurdu. Son bir həftədə isə reanimasiyon ehtiyaclar azalıb, xəstələrin ümumi vəziyyəti orta ağır kimi dəyərləndirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya