
Tıxacın qarşısını yalnız ictimai və xırda nəqliyyat vasitələri ilə ala bilərik -Ekspert
11:38 10.03.2025
Cəmiyyət
401
Sözügedən çətinliklərə görə velosiped sürənlərin sayı azdır
Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün həyata keçirilən layihə çərçivəsində velosiped zolaqları ayrılmış yolların sayı artır.
Bu addım bəzi sürücülərin narazılığına səbəb olur.
Narazılığa rəvac verən əsas iddia budur ki, bəzən saatlarla bu zolaqdan velosiped sürən şəxs keçmir, insanların üstünlük vermədikləri bu nəqliyyat vasitəsi üçün ayrıca zolaqların yaradılması tıxacların daha da artmasına gətirib çıxarır.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, velosiped bizim relyef şəraitində səmərəli deyil:

“Yollarda bəzi sərt yoxuşlar velosipedlərə çətinliklər yaradır. Düşünürəm ki, sözügedən çətinliklərə görə velosiped sürənlərin sayı azdır. Buna baxmayaraq hibrid velosipedlər daha məqsədəuyğundur. Həmçinin skuterlərdən də daha çox istifadə olunur. Çünki o daha rahatdır. Yəni yığıb maşına qoymaq, və yoxuşlarda istifadə etmək daha güclüdür. Hazırda keçid dövrü yaşayırıq. İnsanların çoxusu başa düşmür ki, fərdi nəqliyyat vasitəsindən daha çox istifadə etməliyik. Tıxacın qarşısını ictimai və xırda nəqliyyat vasitələri ilə ala bilərik. Artıq insanların 30-40 faizi ya velosiped ya da ki, skuter alır. Bu hal çox sevindiricidir və düşünürəm ki, gələcəkdə kütləvi hal alacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial