"Toy əhvalatı"na münasibət: “Hər birimiz sadə vətəndaşlara nümunə olmalıyıq"
Fidan Həmişəyeva
14:37 22.08.2020
Cəmiyyət
668
“Onlar da məhz ölkədəki məmurlara baxıb qaydaları pozmasınlar”
Avqustun 18-də AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Mərasimdə bəzi vəzifəli şəxslər və məmurlar da olub.
Yayılan foto və videolardan görünür ki, toyda iştirak edən qonaqlar karantin qaydalarına əməl etməyiblər. Ölkəmizdə toy və nişan mərasimlərinin keçirilməsinin qadağan edildiyi bir vaxtda məmurların qaydaları pozması gündəmin əsas mövzusudur.
Baş verənləri “Sherg.az”a şərh edən millət vəkili Cavid Osmanov bildirib ki, ölkəmizdə koronavirusla bağlı təhlükəli vəziyyət yarandığı ilk gündən cənab Prezidentin bu sahədə atdığı addımlar hər kəsə bəllidir. Deputatən sözlərinə görə, ölkə başçısı ilk növbədə vətəndaşların sağlamlığını əsas məqsəd kimi qarşıya qoyub:
“Bütün bunlar hər birimiz tərəfindən yüksək qiymətləndirilir. Operativ Qərargah tərəfindən müvafiq qaydalar tətbiq edilib. Təəssüf ki, ölkədə sayılıb-seçilən ictimai-siyasi xadimlər və məmurlarımız atdığı bütün addımlara fikir verməlidir. Həssas bir dövrdə qaydalara ciddi nəzarət etməliyik. Hər birimiz çalışmalıyıq ki, sadə vətəndaşlara nümunə olaq. Onlar da məhz ölkədəki məmurlara baxıb qaydaları pozmasınlar.
Bir neçə gün öncə sabiq millət vəkili İlham Əliyevin övladının toy mərasiminin keçirilməsi və karantin qaydalarının pozulması hər birimizdə təəssüf hissi yaradır. Sosial durumundan və tutduğu vəzifədən asılı olmayaraq hər kəs qanunlarımıza əməl etməlidir.
Azərbaycanda qanunlarımızın qarantı da məhz cənab Prezident İlham Əliyevdir. Ona görə bu təəssüfləndirici hadisə hər kəs kimi məni də məyus edib. Ümid edirik ki, daha belə hallar yaşanmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı
00:18 30.06.2026
Cənubi Qafqaz
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol