Uşaq can hayında, valideyn telefonla oynayır – Məsuliyyətsizlik !
Fidan Həmişəyeva
16:48 21.08.2020
Cəmiyyət
822
“Bu məsuliyyətsizliyi aradan qaldıracaq düşüncə və təhsil gücümüz yoxdur”
“Hələ də elə bilirlər ki, orta məktəblər universitetlərə abituriyentlər yetişdirmək üçündür”
“Xeyr, elə deyil. Təhsilin mahiyyəti insanlara həyat öyrətmək, şəxsiyyət olmağı başa salmaqdır. Bizdə belə deyil”
Abşeron rayonunda avtomobil 2 azyaşlını vurub. Hadisə dünən Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində baş verib.
Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub.Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib, hadisə zamanı ağır xəsarət alan Rüstəm orada ölüb.
Adətən belə hadisələr zamanı hər kəsin ağlına gələn ilk ifadə “valideyn məsuliyyətsizliyi” olur. Valideynin diqqətsizliyi ucbatından yola çıxan, eyvandan yıxılan, dənizə düşüb boğulan azyaşlılar ölür. Bəziləri valideynin hər saniyə uşağı nəzərdə saxlamasının mümkünsüzlüyünü deyirlər. Əksəriyyət isə bədbəxt hadisələr zamanı xüsusilə ananı günahlandırır.
Baş verənləri “Sherg.az”a şərh edən sosioloq Sahib Altayın fikrincə, Azərbaycan insanı ictimai mühit baxımından məsuliyyətsizdir.
Sosioloq qeyd edib ki, insanlarımızın ictimai mühitə qarşı məsuliyyətsizliyi bir yana, özlərinə qarşı da məsuliyyətsizdirlər:
“Xurafatçı, moizəçi, əzbərçi toplumuq. Tarixən belə öyrəşdirilmişik. Bizə nə diktə olunubsa, onu da qəbul etmişik. Müstəqil seçim və şəxsi təşəbbüs yoxdur, ona görə də ictimai məsuliyyətimiz yoxdur. Səbəb analitik qabiliyyətin olmamasıdır. Analitikliyi formalaşdıran isə təhsildir. Təhsil insana nə qədər müstəqil düşünməyi təlqin edirsə, insan qərar verə və azad yaşaya bilir”.
S.Altay vurğulayıb ki, inkişaf etmiş ölkələrdə təhsil sistemi cəmiyyətə insanların valideyn kimi yalnız bioloji varlıq yox, mənəvi varlıq olduğunu aşılayır:
“Cəmiyyətimizdə yaşlı nəsil deyir ki, “bizim vaxtımızda belə deyildi”. Müstəqil düşünməməyin nəticəsində bu fikir hasil olur. Çünki biz hələ müasir və fərqli bir dünyada yaşadığımızın fərqində deyilik. İstəyirik ki, bahalı maşın və telefondan istifadə edək, amma mentalitet dediyimiz şey eyni olaraq qalsın”.
Sosioloq valideyn məsuliyyətsizliyi nəticəsində azyaşlı uşaqların yol qəzası qurbanı olduğunu təsdiqləyib:
“İnsanlara validyen-övlad arasındakı münasibət haqqında məlumat verilməlidir. 20-30 il öncə Azərbaycan insanının mobil telefonu yox idi. İstənilən sosial şəbəkəyə girmək mümkün deyildi. Bu gün isə valideyn əlində telefon yol ilə gedir və çevrilib görür ki, övladını maşın vurub. Bu məsuliyyətsizliyi aradan qaldıracaq düşüncə və təhsil gücümüz yoxdur. Hazırda Azərbaycan təhsil sistemi bu qaydalara cavab vermir. Niyə cavab verə bilmir? Çünki təhsildə yenilik, analitik yanaşma yoxdur. Hələ də elə bilirlər ki, orta məktəblər universitetlərə abituriyentlər yetişdirmək üçündür. Xeyr, elə deyil. Təhsilin mahiyyəti insanlara həyat öyrətmək, şəxsiyyət olmağı başa salmaqdır. Bizdə belə deyil”.
S.Altayın qənaəticə, bəzi yollarda keçidlər olmur. Ona görə də neqativ hallar yaşanır:
“Cərimələrin qarşılığında olan cəzalar yerli-yerində ödənilsə və məsuliyyətsizliyi formaşaldırmayacaq təhsil sistemi olsa, qəzalara az rast gələrik. Bu gün hər kəs savadlı olmalıdır deyə bir şey yoxdur. Ama hər kəs təhsilli olmalıdır. Müasir dünyanın qaydası budur. Azərbaycan insanı razılaşsa da, razılaşmasa da vəziyyət belədir. Valideynlər məsuliyyətini dərk etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı
00:18 30.06.2026
Cənubi Qafqaz
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol