Usta Muxtar Qarabağ qazisini sevindirdi: “...Günə 15-20 manat qazanır, amma !”
Fidan Həmişəyeva
13:39 16.08.2019
Cəmiyyət
980
Kamil Musavi: “...əlinin zəhməti ilə dolanan adam heç vaxt reklam güdmür. Reklamı güdənlər ancaq müftə yeyənlər ola bilər”
“Hər bir insanın çalışdığı sahədə vətəninə, xalqına və millətinə xidmət etməsi həmin şəxsin vətənpərvərliyini göstərir. Ağstafadakı Muxtar usta elektrikdir və xalqımıza bu cür xidmət edir. İnsanları aldatmır, milləti üçün can qoyanlara diqqət və qayğı göstərir. Bu, həmin insanın vətənpərvərliyindən irəli gəlir”
Ağstafada elektrik kimi çalışan Muxtar usta Qarabağ qazilərinin avtomobillərini pulsuz təmir edir. Bu barədə sosial şəbəkələrdə fotu yayılıb. Zaman-zaman şəhid ailələrinə və Qarabağ qazilərinə təmannasız xidmətlərin şahidi olmuşuq. Müxtəlif sahədə çalışanlar vətən üçün canını fəda edən şəxslərə və onların ailə üzvlərinə pulsuz xidmət göstərirlər. Təbii ki, bütün bunlar vətənpərvərliyin bir nümunəsidir. Amma təəssüf ki, bəziləri bu addımın reklam xarakterli olduğunu səsləndirərək bir növ könül bulandırırlar.
Bu addımı müsbət dəyələndirən Qarabağ qazisi Kamil Musavinin “Sherg.az”a bildirdiyinə görə, Muxtar usta kimi insanlar dərk edir ki, vətən şəhidlərimiz və qazilərimizin səyi nəticəsində mövcuddur:
“Bütün sahələrdə çalışan vətəndaşlarımız bunu dərk etməlidir. İstər şəhid övladları, istərsə də Qarabağ əlilləri üçün belə addımların atılması olduqca sevindiricidir. Demirəm ki, kimsə tam təmənnasız şəkildə nəsə etsin. Onların da dolanışıqlarını nəzərə almaq lazımdır. Amma qazancı, gəliri yaxşı olan insanlarımız tam şəkildə də köməklik edə bilərlər.
Hər bir insanın çalışdığı sahədə vətəninə, xalqına və millətinə xidmət etməsi həmin şəxsin vətənpərvərliyini göstərir. Ağstafadakı Muxtar usta elektrikdir və xalqımıza bu cür xidmət edir. İnsanları aldatmır, milləti üçün can qoyanlara diqqət və qayğı göstərir. Bu, həmin insanın vətənpərvərliyindən irəli gəlir”.
K.Musavinin sözlərinə görə, cəmiyyətimizdə bəzi insanlar var ki, belə addımların sırf görüntü üçün olduğunu düşünürlər:
“Əlbəttə, belə düşünən insanlar da var. Lakin belələrinə fikir vermədən əlimizdən gələn köməklikləri etməliyik. Əgər şəhid ailələrinə və qazilərə yardım göstərənlər bunu reklam üçün edirlərsə, qoy belə düşünənlər də gedib reklam xatirinə bu cür iş görsünlər. Görək onda edə biləcəklərmi? Təbii ki, yox. Sən bunu edə bilmədiyin halda niyə kiminsə haqqına girirsən? Reklam üçün belə addım atan insanların niyyəti tamam başqa olur və onların da kim olduğu məlumdur.
Elektrik ustasının hər hansı bir holdinqi, şirkəti var ki, belə işi reklam üçün etsin? Bəlkə də, həmin şəxs günə 15-20 manat qazanır. Amma əlinin zəhməti ilə dolanan adam heç vaxt reklam güdmür. Reklamı güdənlər ancaq müftə yeyənlər ola bilər”

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat