İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında neft tankerinin minaya düşərək partladığını bildirib.
Sherg.az xəbər verir ki, bu barədə Reuters İran mediasına istinadən məlumat yayıb.
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı zərbələrdən sonra bölgədə gərginlik artıb, Hörmüz boğazında gəmiçilik, demək olar ki, dayanıb. Dünya bazarına neft və mayeləşdirilmiş təbii qazın tədarükü baxımından strateji əhəmiyyət daşıyan boğazın şərqində İran gəmiçilik üçün qadağan olunmuş zona yaradıb. Həmin ərazidən keçən gəmilər Tehranın razılaşdırmasını almalıdır.