Vətəndaşlar bilsinlər ! - “Qadağalar onların sağlamlığı üçündür”
Fidan Həmişəyeva
11:40 07.08.2020
Cəmiyyət
775
Dünya ölkələrinin qlobal pandemiya ilə mübarizəsi davam edir. Müxtəlif sanitar-epidemioloji, profilaktik və məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, hələ də virusun yayılma sürətini azaltmaq, yoluxma hallarının qarşısını almaq mümkün deyil. Lakin sevindirici haldır ki, ölkəmizdə bu gün virusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan etibarən artan müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər öz səmərəsini verir. Artıq yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır.
Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır. İlk vaxtlar virusla mübarizə üçün zəruri olan tibbi avadanlıqların çatışmaması cənab Prezidentin diqqətini çəkdi və vacib addımlar atıldı. Bunun üçün ayrıca tibbi maska istehsal edən fabrik yaradıldı, 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərməyə başladı. Hansı ki, həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.
Ölkəmizdə epidemiyaya dair görülən işləri “Sherg.az”a dəyərləndirən millət vəkili Anar Məmmədov bildirib ki, bu günə qədər 9 modul tipli xəstəxana istismara verildi. Deputat vurğulayıb ki, iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi:
“Bütün bunlar bir daha Azərbaycan vətəndaşının sağlamlığının qorunmasının hər zaman prezidentimizin diqqət mərkəzində olmasının bariz nümunəsidir. Dövlətimiz dünyada geniş şəkildə yayılan koronavirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi ilə yanaşı iqtisadi və sosial məsələlərin həllində də operativ tədbirlər həyata keçirib.
Həmçinin insanların sosial rifahının təmin olunması istiqamətində də mühüm addımlar atılıb. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub.
Müqayisə üçün deyə bilərik ki, bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz olsa da, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Cənab Prezidentin də vurğuladığı kimi sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcək”.
Parlamentarinin sözlərinə görə, vətəndaşlar bilməlidirlər ki, pandemiya dövründə həyata keçirilən bütün tədbirlər, qadağalar məhz onların sağlamlığı, rifahı üçün hesablanıb:
“Hər kəs özünü, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmalı, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, bəsit gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalıdır. Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejiminin tətbiq olunması da onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilər, onların və özünün həyatını risk altına ata bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm