"Yeniyetmələr istəyir ki..." - Psixoloq 15 yaşlı qızın intihara cəhd səbəbindən danışır
Fidan Həmişəyeva
12:55 27.11.2019
Cəmiyyət
1718
Bakıda 15 yaşlı qız intihara cəhd edib. Hadisə dünən saat 11 radələrində baş verib. 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə özünü dənizə atıb. Həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsi məqsədilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb. Hazırda İlahə Avcının səhhəti normaldır.
Yeniyetmələrin canlarına qəsd etməsi hər zaman xüsusi olaraq diqqət çəkan məqamlardan biridi. Cəmiyyət olaraq yalnız bir sual meydana çıxır. Bu da 15 yaşlı qızın intihar həddinə çatmasına nəyin və ya kimin səbəb olmasıdır?!
Psixolqo Elnur Rüstəmov Sherg.az-a açıqlamasında bildirib ki, intihar hadisəsi baş verərkən elə məlumatlar olur ki, onları mətbuatda səsləndirmək düzgün deyil.
Psixoloqun sözlərinə görə, yeniyetmələrin intiharı zamanı vətəndaşlar və cəmiyyət adətən məktəbi günahkar bilir:
“Dünənki intihara cəhd hadisəsi ailə problemi fonunda yeniyetmənin vermiş olduğu bir qərardır. Yəni, ailədəki konflikt, yeniyetmənin ailəsi ilə münasibətinin pis olması, validyenlə-uşaq arasında doğru ünsiyyətin olmaması yeniyetmədə psixoloji gərginliyə, narahatçılığa gətirib çıxarır. Sonda isə bu narahatçılıq yeniyentmə tərəfindən intihar addımının atılmasına səbəb olur. Əgər hüquq mühafizə orqanlarının çevikliyi olmasaydı növbəti bir məktəblinin həyatına son qoymasının şahidi olacaqdıq. Nə yaxşı ki, onu xilas ediblər. Amma bu prosesdə bir daha diqqətdə saxlamaq lazımdır ki, söhbət konkret olaraq yeniyetmə, uşaq və məktəblilərlə bağlı birgə əməkdaşlığın vacibliyindən gedir. Burada məktəbin üzərinə düşən öhdəliklər kimi validyenin də üzərində vəzifələr var. Bu öhdəliklər yerinə yetirilməlidir. Əks təqdirdə cəmiyyətdə doğru olmayan bir yanaşma formalaşır. Bu da istənilən problemin və xoşagəlməz hadisənin məsuliyyətinin məktəbin üzərinə atılmasından ibarətdir. Düzdür, biz demirik ki, məktəblərdə hansısa problemlər yoxdur. Bu problemin həlli istiqamətində də valideyn məktəb qədər maraqlı olmalıdır. Valideyn bu prosesdə dəstək olmalıdır”.
E.Rüstəmov bildirib ki, yeniyetmə psixologiyasından qaynaqlanan müxtəlif psixoloji problemlər var:
“Məsələn, yeniyetmənin şəxsiyyəti formalaşır və o istəyir ki, onu bir şəxsiyyət kimi dəyərləndirsinlər, onun fikirlərinə hörmət etsinlər. Yeniyetmə ailədə və cəmiyyətdə bir fərd kimi qəbul olunmaq istəyir. O, damğalanmağı, ona söz deyilməsini istəmir, söz deyilsə belə əsaslı şəkildə deyilməlidir. Ona görə də çox xahiş edirəm ki, validyenlər diqqətli olsunlar. Problem məktəbdən qaynaqlanırsa, bununla bağlı məktəb rəhbərləri əlaqədar qurumlara müraciət etməlidirlər ki, məsələnin həlli istiqamətində addımlar atılsın. Konkret olaraq dünənki hadisədə yeniyetmə ilə ailə arasında yaşanan bir problem var. Hadisənin bütün ayrıntılarını birbaşa olaraq mətbuata demək olmur. Hər kəsin üzərinə düşən məsuliyyət var, bunu yerinə yetirmək lazımdır. Bəlkə yeniyetmənin ölmək fikri yox idi. Kimsə orada olmasaydı, həmin yeniyetmənin öz probleminə diqqəti çəkmək üçün həyatı sonlanacaqdı. Bu zaman məsuliyyət kimin üzərində olacaqdı? Mətbuatda intihar halları zaman verilən informasiyalara diqqət yetirməli və həssas yanaşmalıdırlar. Hər birimizin övladı var. Bu cür məsələlər ümummilli maraqlar olmalı, fərdi maraqlara xidmət etməməlidir. Məktəblərdə təbii ki, problemlər var. İşini düzgün aparmayan məktəb rəhbərləri də var. Lakin bunu hər kəsə şamil etmək olmur Elina olayı bizim üçün dərs olmalıdır. Hər məqamı mətbuata açıqlamaq düzgün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya