Bakıda Nuru Paşa ilə bağlı anım tədbiri təşkil olunub - YENİLƏNİB
Yusif Nəzərli
20:19 03.03.2024
Gündəm
477
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Qafqaz İslam Ordusunun komandanı, “Bakının xilaskarı” Nuru Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, tədbiri açıq elan edən TÜRKPA-nın Baş katibi Mehmet Sürreya Er Nuru Paşanın döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, Nuru Paşa Türkiyə və Azərbaycan üçün bu gün də böyük igidlik nümunəsi, əsl qəhrəmanlıq mücəssəməsi hesab edilir. Nuru Paşa kimi sərkərdələrin adının yaşadılması, Vətən uğrunda verilmiş qurbanların, göstərilmiş qəhrəmanlıqların daim xatırlanması Türk dünyasının gələcəyi baxımından mühüm rol oynayır.
Daha sonra çıxış edən tədbirin moderatoru, “Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı vurğulayıb ki, Nuru Paşa tarixə adını Birinci Dünya müharibəsindən sonra həm qalib zabit, həm də xalqımızın qəlbini fəth edən sərkərdə kimi yazdırıb. A.Aşırlının sözlərinə görə, Bakının azad edilməsi istiqlalın elan olunmasından sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi. Nuru Paşanın rəhbərliyi ilə Bakının işğaldan azad edilməsindən sonra hökumət Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi fəaliyyət göstərdi.
Tədbirdə Nuru Paşa haqqında sənədli film nümayiş etdirilib.
Sonra Türkiyə Respublikası Prezidentinin baş müşaviri Yalçın Topçunun Nuru Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümü ilə bağlı mesajı oxunub.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı diqqətə çatdırıb ki, Nuru Paşanın qəlbi Türk dünyası ilə döyünüb, o, Türk dünyasının böyük təəssübkeşi olub. Bu gün Nuru Paşanın və canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərin ruhu şaddır.
Tədbirin davamında çıxış edənlər Nuru Paşanın Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna hər vasitə ilə çalışdığını və bunun üçün onun həm siyasi-diplomatik, həm də silahlı mübarizə yoluna əl atdığını bildiriblər.
Natiqlər 44 günlük Vətən müharibəsinin iki ölkənin möhkəm qardaşlıq bağlarını bütün dünyaya bir daha nümayiş etdirdiyini məmnunluqla vurğulayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi