
Analitik: Makron Rusiya ilə yanaşı, Qərbdən də “qisas” alır
Yusif Nəzərli
03:55 13.03.2024
Dünya
510
Parisin məqsədi NATO-ya paralel Alyans formalaşdırıb bunu dünya nizamının damarına yeritməkdir
Parisdə keçirilən Ukraynaya dəstəklə əlaqədar sammitdən sonra Fransa Prezidenti Emmanuel Makronun bəyanatı rezonans doğurdu. Makronun NATO-nun Ukraynaya dəstəyi fonunda Alyansın cəbhə xəttinə qoşun göndərə biləcəyini istisna etməməsi Kremlin sərt reaksiyalarına səbəb oldu. Qərbin özündə də Makronun bəyanatı birmənalı qarşılanmadı və NATO-nun Ukraynaya qoşun yerləşdirmək planının olmadığı çevik bir şəkildə bəyan edildi.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Makron özü də bilir ki, NATO qoşunlarının Ukraynaya dislokasiya edilməsi Alyansın Rusiya ilə birbaşa qarşıdurma xəttinə girməsidir. Onun sözlərinə görə, Makron Ukraynadakı müharibənin tezliklə bitəcəyinə dair əlamətlərin olmadığını görür:
"Fürsətdən istifadə edərək Fransanı gələcəkdə Avropa İttifaqının jandarmı roluna mindirmək istəyir. Makronun Avropanın inhisarçı “təhlükəsizlik zəmanəti” olmaq ehtirası ABŞ Konqresinin Ukraynaya yardım paketini təsdiqləməməsi ilə daha da alovlanır. Ancaq Makron ümumi bir narahatlığı da bölüşür: Rusiya Ukraynada qələbə qazansa, münaqişə Avropanın dərinliklərinə doğru irəliləyəcək və onun qarşısını almaq müşkülə çevriləcək. Yəqin Fransanın dövlət zehniyyətli şəxsləri Makrona başa salıblar ki, Rusiyanın Avropadakı kəşfiyyat-agentura şəbəkəsi Ukraynadakı qazanclar fonunda qarşısıalınmaz səviyyədə aktivləşə bilər. Bu ssenari Avropa təhlükəsizliyi üçün kritik məqamı ifadə edir və Makron “heç nəyi istisna etmək olmaz” deməklə qabaqlayıcı tədbirə çağırış edir. Ancaq Makron NATO-nun Kiyevi dəstəkləmək üçün qoşun göndərmək addımından çəkindiyini də başa düşür. Elə isə sual ortaya çıxır: Makron NATO-da fikir ayrılıqlarını dərinləşdirmək missiyasını yerinə yetirir, yoxsa həqiqətən, praktiki kollektiv müdafiə mexanizmi təşkil edir?".

Ekspertə görə, bu suallara cavab axtarışları Fransanın məramı ilə əlaqədar bir nöqtəyə aparıb çıxarır:
"Paris NATO daxilindəki dərinləşən fikir ayrılıqlarını yönləndirərək kollektiv müdafiə proqramını öz hegemonluğu altına salmağa çalışır.
Yəqin ki, Parisin məqsədi NATO-ya paralel Alyans formalaşdırıb bunu dünya nizamının damarına yeritməkdir. Yelisey sarayı belə məqsədi ona görə gündəmə gətirə bilər ki, qlobal geosiyasi nüfuz dairəsindəki itkilərini alternativlərlə kompensasiya etsin. Paris həm ABŞ və Böyük Britaniya, həm də Rusiya tərəfindən həyata keçirilən aktlarla sıxışdırılır. Buna görə də Parisin Rusiya ilə yanaşı, Qərbdən də “qisas” almaq istəyi başadüşüləndir. Yəni Fransanın təşəbbüsündə “bölücülük əsasında birləşdiricilik” elementləri nəzərə çarpa bilər. Lakin Parisin istəyi reallaşmaq ərəfəsində olsa belə, onun ümumi olaraq performansı və dayanıqlılığı şübhəli görünəcək. Çünki Rusiya Avropada alternativ hərbi alyans qurulması planını özünə qarşı qarşıdurma xətti kimi qiymətləndirməyə davam edəcək. Bu isə Avropada Moskva ilə birbaşa toqquşma qorxusunu artıran məqamdır, ona görə Parisin öndərliyi altında hansısa bir qurumun təsisi az ehtimal olunandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm