Uşaq ikən başlayıb, heç vaxt vaz keçmədi
Uşaq ikən başlayıb, heç vaxt vaz keçmədi
10:03 04.09.2024
Dünya
393
35 ildir ki, gün çıxanda işləyir, pul qazanır
İspartanın Eğirdir gölü Türkiyənin əhəmiyyətli şirin su xərçəngi ilə zəngin hövzələrindən biridir. Türkiyənin ən böyük şirin su göllərindən biri olan Eğirdir gölü, balıqçılıq məhsulları istehsalı ilə bölgə əhalisinin əhəmiyyətli bir gəlir mənbəyinə çevrilib. Adını Eğirdir rayonundan alan göldə Türkiyənin təxminən 750 ton su xərçəngi istehsalının yüzdə 70-i qarşılanır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, rayon ərazisində ov üçün gölə gedən 450 qayıq tərəfindən toplanan xərçəngkimilər balıqçılıq kooperativində çeşidlənir. Uzunluğu 10,5 santimetrdən çox olan xərçəngkimilər yeşiklərə toplanaraq ixrac üçün fabriklərə göndərilir. Kiçik ölçülü xərçəngkimilər yenidən gölə buraxılır. Gündə 50 kiloqrama qədər xərçəng tutan ovçulara 1 kiloqrama görə 138 lirə ödənilir. Eğirdir gölündə tutulan su xərçəngləri Şimali Avropa ölkələri, İsveç, Rusiya, Fransa, Almaniya, ABŞ, Çin kimi bir çox ölkəyə ixrac edilir. Ov mövsümü noyabrın ortalarınadək davam edir. Göl ətrafında yaşayanlar da bu müddətdə bacardıqca çox gəlir əldə etməyə çalışırlar. Ov mövsümündə göldə balıq və su xərçəngi ovlayaraq çörək qazanan ailələrdən biri də Binatlı ailəsidir. Ayşən Binatlı balıq ovuna uşaq yaşlarından başlayıb. O gün – bu gün, 35 ildir ki, xərçəng ovu ilə məşğuldur və ailəsi üçün gəlir əldə edir. Uşaqlıq illərində balıq ovuna atası ilə başlayıb, ailə qurduqdan sonra isə bu işi həyat yoldaşı Əli Yaşar Binatlı ilə davam etdirir. Ayşən Binatlı səhər saatlarında 7 metrlik qayıqla çölə çıxaraq göldə qoyub getdikləri xərçəng səbətlərini yığır. Qayıq yola düşəndə və limana yanaşanda ərinə kömək edən Binatlı göldə qayığı da sürür və əri ilə birlikdə yığılmış xərçəngləri sandığa salmaq üçün çalışır. Ov etməyi çox sevdiyini deyən Binatlı, "Səhər tezdən gölə çıxırıq. Günortaya qədər xərçəngkimi tuturuq. Ər-arvad işləyirik. Uşaqlıqdan balıq tuturam. Balıq tutmağı sevirəm, çətin deyil. Uzun illərdir yoldaşımla birlikdə ov edirik”, söyləyib. Əli Yaşar Binatlı bildirib ki, ər-arvad ov edərək pul qazanırlar. İllərdir Eğirdir gölündə balıq tutduğunu deyən Binatlı, həyat yoldaşı Ayşən Binatlı ilə xoşbəxt olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət