Culfada avtomobil piyadanı vurdu

Culfada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Culfa şəhərində baş verib.

Avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Cəfərova Xədicə Rəşad qızını vurub.

Xəsarət alan 72 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.