
Ali Satan: Zəngəzur dəhlizini İran dövlətinin parçalanması ilə əlaqələndirmək cəfəngiyyatdır
11:17 29.07.2025
Cənubi Qafqaz
514
Bizi qorxutmaqla yoxsullaşdırmağa çalışırlar, hər kəs sakit olmalıdır
Ermənistan KİV-i İranın Zəngəzur dəhlizindən Böyük Turan planının bir hissəsi olduğuna inandığı üçün qorxduğunu yazıb. Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər və yeni kommunikasiya xətlərinin formalaşması fonunda Zəngəzur dəhlizi strateji əhəmiyyətli layihə kimi diqqət mərkəzindədir. Bu təşəbbüs təkcə nəqliyyat, ticarət əlaqələrinin genişlənməsinə deyil, həm də bölgədə davamlı sülhün və iqtisadi inkişafın təmin olunmasına xidmət edə bilər. Lakin bəzi dairələr bu cür layihələr ətrafında süni narahatlıqlar yaradır, ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bu səbəbdən, dəhlizin məqsədi və potensialı barədə əsaslandırılmış baxışlara böyük ehtiyac duyulur.
Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru, siyasi şərhçi Ali Satan Sherg.az-a açıqlama verib:

"Bölgəmizdə əsl mənbəyini hərtərəfli araşdırmalı olduğumuz “qavrayış” və “qorxu” əməliyyatları uzun müddətdir ki, region ölkələrini bir-birinə qarşı qoymağa hədəflənib. Gərəksiz qorxularla dövlətlərin bölgəyə və xalqlara faydalı ola biləcək hər cür fəaliyyətlərini əngəlləmək istəyirlər. Zəngəzur dəhlizinin heç kimə ziyanı olmayacaq. Bu dəhliz bölgəyə sülh, firavanlıq və hərəkət gətirəcək. Bundan Azərbaycan da, İran da, Ermənistan da hər faydalanacaq. Əsassız qorxulara, şişirtmələrə, sui-qəsd nəzəriyyələrinə ehtiyac yoxdur. Burada fəaliyyət göstərən ticarət dəhlizi var. Bu layihə heç kimə qarşı deyil. Zəngəzur dəhlizini İran dövlətinin parçalanması ilə əlaqələndirmək cəfəngiyyatdır".
Professor əlində Amerikadakı erməni lobbisinin 100 il əvvələ aid təbliğat nəşrləri olduğunu deyib:
"O zaman erməni lobbisi ABŞ administrasiyasına deyirdi ki, Türkiyəni dəstəkləsəniz, Turan qurulacaq.
Təəssüf ki, 100 illik pis təbliğat qərar qəbul edənlərə təsir etməyə çalışır. Zəngəzur bölgəyə canlılıq gətirəcək mühüm kommersiya layihəsidir. Hər kəs qalib gələcək. Bizi qorxutmaqla yoxsullaşdırmağa çalışırlar, hər kəs sakit olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya