
Analitik: Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır
Yusif Nəzərli
04:15 06.08.2025
Cənubi Qafqaz
324
Ancaq Rusiya artıq əvvəlki Rusiya deyil, Paşinyanı devirmək çətin olacaq
“Sabiq Prezident Robert Köçəryan Rusiyanın Ermənistandakı agenti təəssüratı yaradır”. Bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Qaqik Melkonyan deyib. Deputat bildirib ki, Robert Köçəryanın ana dili rus dilidir, o, rusca düşünür və biznesi Rusiyadadır. Melkonyan qeyd edib ki, Ermənistan ordusunun dağılması prosesi Köçəryanın prezident olduğu dönəmdən başlayıb: “Ordunun dağılması prosesi 2008-ci il martın 1-dən sonra başlanılıb. 2016-cı ilin aprelində baş vermiş dörd günlük müharibədən sonra ordu üçün heç nə edilmədi, ancaq pullar silindi”. Ermənistan müxalifətinin 10 noyabr bəyanatına əməl edilməli olduğu ilə bağlı iddialarına toxunan deputat söyləyib ki, sözügedən bəyanatın 9-cu bəndi yerinə yetirilməlidir: “(Ermənistan və Azərbaycan arasında) Yollar açılmalıdır”. Melkonyan Rusiyanın Ermənistana könüllü köçmüş Qarabağ ermənilərinə yenidən “humanitar yardım” göstərməsi ilə bağlı qeyd edib: “Görünür, yenidən köhnə alətlərini (keçmiş münaqişə və ya separatizm üzərindən təzyiq rıçaqlarını - red.) təmir etmək istəyirlər”.
Siyasi şərhçi Azər Niftiyev Sherg.az-a bildirib ki, Rusiya uzun illər ərzində Ermənistana forpost dövlət kimi yanaşıb və bu gün də eyni yanaşmanı davam etdirir. Ekspert vurğulayıb ki, torpaqlarımızın təcavüzə uğraması, 30 il ərzində işğala məruz qalması ermənilərin işğalçılıq siyasətinin aydın təzahürü olmaqla yanaşı, Rusiya tərəfindən faktiki olaraq sanksiyalaşdırılmış addım idi:

"İşğal dövründə, daha doğrusu, 2018-ci ilədək Ermənistanın siyasi-hərbi rəhbərliyində Rusiyaya bağlı qüvvələr qərar tutmuşdu. Həmin qüvvələrin başında Robert Köçəryan və Serj Sərkisyan dururdu. Onların hər ikisi Rusiyanın "5-ci kolon"unun nümayəndələri idi. Sonradan Ermənistanda siyasi dəyişiklik baş verdi və N.Paşinyan hakimiyyətə gəldi. Paşinyan Rusiya ilə ilk dönəmlərdə balanslı siyasət yeritməyə çalışsa da, əlahəzrət fakt ondan ibarət idi ki, baş nazir əsasən Qərb dairələri tərəfindən himayə olunurdu. Avropa İttifaqının "xüsusi missiyası"nın Ermənistan sərhədinə yerləşdirilməsi də bunun bariz nümunəsi idi. Daha sonra İrəvanın Rusiyadan uzaqlaşma siyasəti, KTMT və digər qurumlarda iştirakını dondurması və s. addımlar Rusiyanı ciddi narahat etməyə başladı. Ermənistanı daim öz himayəsində, öz təsir dairəsində görmək istəyən Kreml baş verənlərlə barışmaq istəmir. Hazırda Rusiyanın Ermənistana təzyiqlərinin səbəbi bununla bağlıdır. Moskva çalışır ki, Köçəryan-Sərkisyan qruplaşmasını, onlara yaxın qüvvələri yenidən hakimiyyətə gətirsin. Bu həqiqəti Baş nazir Nikol Paşinyan da çox gözəl dərk edir və rusmeyilli qüvvələrə, xüsusən son dönəm aktivləşmiş Kilsəyə qarşı sərt mübarizə aparır".
A.Niftiyev əlavə edib ki, Rusiya Paşinyanı dəfələrlə devirməyə çalışsa da, erməni toplumu Moskvaya bağlı qüvvələri dəstəkləməyib:
"Hətta 44 günlük savaşda ağır məğlubiyyət, ölkədə yaranmış ciddi problemlər belə Paşinyan hökumətinə etimadı azaltmayıb. Bu da onu göstərir ki, artıq erməni xalqı 30 illik mənasız işğalçılıq siyasətinin və Rusiya vassallığının onlara gətirdiyi fəlakətlərin fərqindədir. Paşinyan isə "real Ermənistan"dan, ermənilərin rifahından, qonşularla normal əməkdaşlıqdan danışır. Əhalini inandırmağa çalışır ki, uzun illər onlara xülyalar, uydurmalar, "dənizdən dənizə Ermənistan" nağılları danışılıb. Nəticədə Ermənistan uçuruma yuvarlanıb, bölgədə təcrid olunub, əhali səfalət içində yaşayıb. Rusiya isə bu reallıqları qəbul etmək istəmir və "bulanıq suda balıq tutmaq" təşəbbüslərindən əl çəkmir. Ancaq onu da nəzərə alaq ki, Rusiya əvvəlki gücündə deyil. Hətta Rusiya Ukrayna müharibəsindən öncə də Ermənistana birmənalı təsirə malik deyildi. Əgər elə olsaydı, S.Sərkisyan hakimiyyətini itirməzdi. O baxımdan indiki şəraitdə Rusiyanın Paşinyanı devirə biləcəyi inandırıcı görünmür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət