Ermənistanın konstitusiya oyunu: Paşinyan daxili və xarici təzyiqlər arasında
12:39 28.08.2025
Cənubi Qafqaz
521
Politoloq: Konstitusiya dəyişməmiş nə Azərbaycanla sülh, nə də Türkiyə ilə sərhədlərin açılması mümkündür
Son zamanlar Ermənistanın verdiyi açıqlamalar bir-birini təkzib edir. Bu da ölkənin qeyri-müəyyən siyasət apardığını göstərir. Baş nazir Nikol Paşinyan bir neçə dəfə bildirib ki, konstitusiyada dəyişikliklərə ehtiyac var və bu istiqamətdə artıq müəyyən addımlar atılıb. Amma Ermənistan hökuməti həm xarici, həm də daxili təzyiqlər arasında qalıb. Xüsusilə sülh prosesi Zəngəzur dəhlizi və sərhədlərin açılması kimi məsələlər ölkə daxilində narazılıq yaradıb. Ona görə də hökumət bəzən daxili ictimaiyyəti sakitləşdirmək üçün fərqli açıqlamalar verir.
Politoloq Sultan Zahidov Sherg.az-a Ermənistanın konstitusiya dəyişikliyi ilə bağlı mövqeyinə və bunun regionda sülh prosesinə təsiri barəsində danışıb:
"Ermənistan yenidən ikili oyun aparır. Müxtəlif və bir-birini təkzib edən açıqlamalar verilir. Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, ölkə konstitusiyasında dəyişikliklərə ehtiyac var. Bununla bağlı artıq xüsusi komissiya yaradılıb, hazırda bu istiqamətdə Ermənistanda müəyyən işlər görülür.
Ehtimal etmək olar ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra Ermənistan konstitusiyasında dəyişikliklər baş verə bilər. Mövcud vəziyyətdən görünür ki, Ermənistan rəhbərliyi həm də daxili auditoriyanın, yəni müxalifət və ictimai narazılıqların təsiri altında hərəkət etməyə məcburdur. Hazırda isə hakimiyyətin bu cür bəyanatlar verməsi daxili siyasi baxımdan onlar üçün əlverişli olmaya bilər. Çünki həm Zəngəzur dəhlizi, həm də Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı ictimai narazılıq artır".
Politoloq Ermənistan rəhbərliyinin zaman-zaman daxili auditoriyanı sakitləşdirmək məqsədilə bu cür açıqlamalara əl atdığını söyləyib:
"Aydındır ki, Türkiyə ilə sərhədlərin açılması, regionda kommunikasiyaların bərpası, eləcə də Azərbaycanla sülh sazişinin imzalanması üçün konstitusiya dəyişikliyi əsas şərtlərdən biridir. Sülh prosesində irəliləyiş üçün digər əsas şərt ATƏT-in Minsk qrupunun rəsmən ləğv olunması idi. Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, sentyabrın 1-də Minsk qrupuna üzv ölkələrin bu məsələ ilə bağlı yekun qərar verməsi gözlənilir.
Konstitusiya dəyişikliyi isə zaman və siyasi hazırlıq tələb edən bir məsələdir. Ermənistan hakimiyyəti ilk növbədə 2026-cı ildə keçiriləcək parlament seçkilərində qalib gələrək öz mövqeyini gücləndirməlidir. Yalnız bundan sonra bu məsələ ilə bağlı real addımlar atıla bilər. Böyük ehtimalla dəyişiklik ya parlament vasitəsilə, ya da referendum yolu ilə reallaşa bilər. Belə bir dəyişiklik baş vermədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması real görünmür.
Əgər Ermənistan sərhədlərin açılmasında, regional inteqrasiyada və uzunmüddətli sülhdə maraqlıdırsa, bu istiqamətdə real siyasi addımlar atmalıdır. Bununla belə, prosesə təsir edən digər amillər də mövcuddur. Ölkədaxili siyasi gərginlik, müxalifətin və kilsənin təzyiqləri, eləcə də xarici qüvvələrin, xüsusilə Rusiyanın təsirləri prosesin gedişinə təsir göstərir".
Müsahibimiz Paşinyanın hakimiyyətdə qalmasının da sual altında olduğunu bildirib:
"Hazırda ona qarşı həm müxalifət, həm diaspora, həm də Rusiya narazıdır. Qarşıdakı bir il ərzində baş verəcək hadisələr bizə daha aydın göstərəcək ki, Ermənistanda konstitusiya dəyişikliyi baş verəcək, ya yox".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial