İran Zəngəzurla bağlı Ermənistanı təhdid etdi
07:57 06.08.2025
Cənubi Qafqaz
395
İran Zəngəzur dəhlizi ilə bağlı Ermənistana sərt xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Erməni nəşrinin iddiasına görə, İrəvanın Mehri üzərindən keçəcək dəhlizə nəzarəti ABŞ-yə verməyə razı olması Tehranda qəzəblə qarşılanıb:
“İranın ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti avqustun 5-də Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib və İranın buna sərt cavab verəcəyini vurğulayıb. Vilayəti bildirib ki, belə bir addım İranın sərt cavabı ilə üzləşəcək.
Avqustun 4-5-də Türkmənistanın Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Prezident Vaaqn Xaçaturyan dünən “Dənizə çıxışı olmayan ölkələrin üçüncü Konfransı” çərçivəsində İranın vitse-prezidenti Məhəmmədrza Arif ilə görüşüb. Sonuncu qeyd edib ki, İranın qonşuluq siyasətində Ermənistanın xüsusi yeri var və Tehran-İrəvan münasibətləri möhkəm və sarsılmaz əsaslara söykənir. İran rəsmisi vurğulayıb ki, sülh regionun bütün ölkələrinin maraqlarına uyğundur və regional problemlərin həlli xarici dövlətlərin müdaxiləsi olmadan həyata keçirilməlidir.
Əslində, İranın vitse-prezidenti diplomatik yolla Ermənistan hakimiyyətinə açıq xəbərdarlıq edir: ABŞ-ni Cənubi Qafqaza gətirməklə İrəvam Ermənistan-İran münasibətlərini bundan irəli gələn bütün nəticələrlə təhlükə altına qoyur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm