“Newsweek”: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan birləşəcək
09:57 08.08.2025
Cənubi Qafqaz
388
Azərbaycan və Ermənistan ABŞ-nin dəstəklədiyi gözlənilən razılaşmanın təfərrüatları hələ də açıqlanmasa da, hər iki ölkənin liderləri bu gün Vaşinqtonda amerikalı həmkarı ilə görüşəcəklər. Razılaşmanın əsas aspekti “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) və ya sadəcə “Tramp körpüsü” adlandırılan nəqliyyat yolu ilə bağlıdır.
Teleqraf xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Nəşr yazıb ki, perspektivli layihə Azərbaycanda “Zəngəzur dəhlizi”, Ermənistanda isə “Sünik yolu” adlandırılan xətlə Azərbaycan özünün eksklavı olan Naxçıvanla birləşəcək:
“Müqavilə 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsinə nəzarəti təmin etmək üçün sürətli hücuma keçməsindən və Ermənistanın dəstəklədiyi separatçıların 30 illik hakimiyyətini darmadağın etməsindən Cənubi Qafqazda sürətli dəyişikliklərin ardınca gəlir. 2020-ci ildə Azərbaycanla əvvəlki müharibədə Ermənistanın heyrətamiz itkilərindən sonra gələn məğlubiyyət İrəvanı regional mövqeyinə, o cümlədən Rusiya ilə müttəfiqliyinə və Türkiyə ilə köklü rəqabətə yenidən baxmağa məcbur edib”.
Beynəlxalq Böhran Qrupunun baş analitiki Coşua Kucera Bakının dəhlizlə bağlı mövqeyi ilə əlaqədar deyib: “Azərbaycan Naxçıvan eksklavı ilə arasında Ermənistanın müdaxilə edə bilməyəcəyi nəqliyyat marşrutu istəyi”.
Ekspertin fikrincə, ABŞ-nin yola nəzarət etməsi Azərbaycanı bu məqsədinə çatdıracaq.
Nəşr əlavə edib ki, Şərqlə Qərb arasında birbaşa əlaqəni bərpa edəcək “Tramp körpüsü” və ya Zəngəzur dəhlizi Rusiya və İranı regiondan keçən nəqliyyat marşrutlarının kənarında saxlayacaq.
“Newsweek”in iddiasına görə, bu xətt Tehran və Moskvanın Rusiya ilə Hindistan arasında birbaşa əlaqə planını – Şimal-Cənub nəqliyyat dəhlizini pozmaq potensialına malikdir.
Türkiyəyə gəlincə, nəşr əlavə edib ki, Ankara İran və Rusiyadan fərqli olaraq Zəngəzur dəhlizini dəstəkləyir:
“Türkiyə Ermənistan və Azərbaycan vasitəsilə Şərqə doğru daha yaxşı nəqliyyat əlaqələrinə sahib olmaq istəyir. Türkiyə üç regional aktor arasında ABŞ-nin təklifini dəstəkləyən yeganə oyunçudur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya