Paşinyan sülhdən danışır, müxalifət susur - EKSPERT
Yusif Nəzərli
05:48 13.05.2025
Cənubi Qafqaz
341
Ermənistanı seçkilər və riskli gələcək gözləyir
Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Baş nazir vurğulayıb ki, İrəvanın bu gün regionun dinc və firavan gələcəyinə töhfə vermək imkanı var: "Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir. Biz bu yolla gedəcəyik. Sülh və firavanlıq şəraitində yaşamaq regionumuzun haqqıdır və məhz belə də olmalıdır”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Paşinyan müharibədə məğlub olub və ona görə belə deyir. Ekspertin sözlərinə görə, ancaq Paşinyana müxalif olanlar “Azərbaycanla müharibə olmayacaq” və ya “biz hakimiyyətə gəlsək, Azərbaycanla müharibə etməyəcəyik” açıqlamasını səsləndirmirlər:
"Digər tərəfdən gələn il Ermənistanda keçilməsi planlaşdırılan parlament seçkilərində kimin qələbə çalacağı - Paşinyanın və ya onun rəqiblərinin üstünlük qazanacağı bəlli deyil. Paşinyanın “müharibə olmayacaq, sülh olacaq” açıqlamasının dəyəri o zaman olardı ki, baş nazir Ermənistan Konstitusiyasında dəyişiklik edib Azərbaycanla sülh sazişi imzalasın. Bu halda o hakimiyyətini nə zamansa itirsə belə, Paşinyanın yerinə gələn şəxs Bakı ilə imzalanan sazişin şərtlərini yerinə yetirmək məcburiyyətində qalacaq. Əslində bu, yeni baş nazirin xilası olacaq. Çünki Paşinyanın imzaladığı sazişdən imtina edərsə, nəticəsi Ermənistan üçün ağır olan müharibə ilə üzləşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm