
Politoloq: Kobaxidze Vaşinqtonu Gürcüstanın strateji əhəmiyyətini tanımağa çağırır
Yusif Nəzərli
22:21 13.05.2025
Cənubi Qafqaz
446
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D.Vensə açıq məktub ünvanlayıb. Baş nazir bir neçə həftə əvvəl Gürcüstan-ABŞ münasibətləri ilə bağlı ABŞ-yə məktub ünvanladığını, lakin hələ də cavab almadığını bildirib. Kobaxidze qeyd edib ki, məktubdan əvvəl açıq bəyanatları olub: "Orada mən Gürcüstanın ABŞ ilə strateji tərəfdaşlığını təmiz səhifədən, konkret yol xəritəsi ilə yeniləməyə hazır olduğunu açıq şəkildə ifadə etdim. Bununla belə, məktubumuza cavab almamışıq. Bundan başqa, Gürcüstan hökuməti ilə ABŞ arasında bu günə qədər ən yüksək səviyyədə heç bir əlaqə olmayıb. Bu susqunluq gürcü xalqını və Gürcüstan hökumətini bir neçə səbəbə görə təəccübləndirir". Baş nazir Gürcüstanın illər boyu ABŞ üçün strateji əhəmiyyətli və ən etibarlı tərəfdaşı olduğunu qeyd edib: “Gürcüstan ABŞ-ni ən qaynar nöqtələrdə, o cümlədən, İraq və Əfqanıstanda dəstəkləyib. Təkcə bu iki missiyada iştirak etməklə kiçik ölkəmiz 2,5 milyard dollar sərf edib ki, bu da ABŞ büdcəsindən Gürcüstana verilən real yardımdan dəfələrlə çoxdur. Nəzərə alsaq ki, Gürcüstan uzun illər ABŞ üçün əsl strateji tərəfdaş olaraq qalır və belə bir strateji tərəfdaşlığı bərpa etmək istəyini ifadə etməkdə davam edir, yeni administrasiyanın susması həm Gürcüstan hökumətini, həm də gürcü xalqını təəccübləndirir". Baş nazirin sözlərinə görə, xüsusilə vacib olan odur ki, iki hökumətin baxışları arasında tam dəyər və ideoloji uyğunluq göz qabağındadır: "Siz eyni bəyanatlar verməzdən bir neçə il əvvəl biz “dərin dövlət”in, USAID-in, NED-in və digər aidiyyəti qurumların cinayətkar fəaliyyətləri barədə açıq danışırdıq. Ukraynadakı müharibə, gender və LGBT təbliğatı və bir çox başqa məsələlərlə bağlı tamamilə eyni qiymətləndirmələrimiz var. Gürcüstan cəmiyyətində baş verən son hadisələr belə bir hiss yaradıb ki, “Dərin Dövlət”in məğlubiyyəti ilə bağlı bəyanatlar sadəcə olaraq sonuncunun rebrendinqinə cəhddir və başqa bir şey deyil. Baydenin qərarlarını sərt şəkildə tənqid etməyiniz insanlar üçün təəccüblüdür, amma hələ də onun cinayət qərarlarını düzəltməmisiniz”.
Politoloq Azər Qasımov Sherg.az-a deyib ki, Gürcüstanda son parlament seçkilərindən sonra baş verənlər Gürcüstanla ABŞ arasındakı əlaqələri tamamilə aşağı səviyyəyə endirdi. Ekspert diqqətə çatdırıb ki, Gürcüstan hökumətinin Rusiyayönlü kurs tutması və demokratik dəyərlərdən uzaqlaşması görüntüsü bu şərtləri müəyyən etdi:

"Bayden administrasiyasından sonra D.Trampın hakimiyyətə gəlməsi və "demokratik dəyərlər" anlayışına zərbə vurulması kimi görüntü yaratması Kobaxidze hakimiyyətində də müəyyən ümidlər yaratdı. Zənn etdilər ki, ABŞ-nin yeni administrasiyası Gürcüstanın varlığına diqqət yetirəcək. Ancaq Tramp administrasiyası hələlik tək Gürcüstan yox, ümumilikdə Cənubi Qafqaza diqqət yetirmir. Doğrudur, Azərbaycanın geosiyasi proseslərin müəyyən mənada ortasında olması, bir sıra vacib ölkələr üçün danışıqlar platformasına çevrilməsi ABŞ-nin diqqətindən yayına bilməz. Ancaq açıq şəkildə bu diqqət hələlik hiss edilmir. Ukrayna müharibəsi fonunda davam edən danışıqların hələlik yekun nəticələrinin olmaması Trampın Cənubi Qafqaza da münasibətini müəyyən etməyə imkan vermir. Məsələ ondadır ki, böyük ehtimalla, Rusiya və ABŞ arasında gizli danışıqlarda Ukrayna müharibəsi Rusiyanın istədiyi kimi yekunlaşacaqsa, ABŞ Rusiyanın təsir dairəsi kimi Cənubi Qafqazı da Rusiyanın nəzarətinə buraxacaq. Əksi olacaqsa, ABŞ Cənubi Qafqazda aktivliyini artıracaq. Hələlik susqunluq dövrü də bununla bağlıdır. Gürcüstan da bundan nəsibini alır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm