
Sahib Alıyev: “İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur”
Yusif Nəzərli
14:04 30.08.2025
Cənubi Qafqaz
490
Görəsən, mollalar haralarıyla düşünürlər?
İran parlamenti - İslam Məclisi rəsmi bəyanat yayaraq, Zəngəzur dəhlizinə qarşı sərt mövqe nümayiş etdirib.
Bəyanatda dəhliz “kollektiv təhlükəsizlik üçün birbaşa təhdid” kimi təqdim olunub. Məclisin açıqlamasında iddia olunur ki, Cənubi Qafqaz təkcə coğrafi məkan deyil, həm də İranın “təhlükəsizlik perimetri, strateji dərinliyi və sivilizasiya sahəsinin” tərkib hissəsidir. Parlament, Zəngəzur dəhlizi layihəsinin “tanınmış sərhədlərin dəyişdirilməsi və zorla koridorların yaradılması” anlamına gəldiyini bildirərək, bunun BMT Nizamnaməsinə zidd olduğunu qeyd edib.
İran tərəfi bəyan edib ki, belə addımlar “ölkənin təhlükəsizliyinə və milli maraqlarına təcavüz” kimi qiymətləndiriləcək və bütün siyasi-hüquqi vasitələrlə qarşısı alınacaq. Məclis həmçinin regionda hər hansı iqtisadi və tranzit layihəsinin yalnız “İranın geoiqtisadi mövqelərinə hörmətlə” mümkündürlüyünü vurğulayıb.
Açıqlamada daha da irəli gedilərək, Cənubi Qafqazın İrana “həyati əhəmiyyətli” olduğu, xarici dövlətlərin iştirakı ilə hər hansı əməkdaşlığın isə yolverilməz sayıldığı qeyd olunub. Bəyanat İran parlamentinin Azərbaycana qarşı qərəz və açıq düşmənçilik dolu mövqeyinin yeni nümunəsi kimi qiymətləndirilir.
Millət vəkili Sahib Alıyev Sherg.az-a açıqlamasında İran Parlamentinin Zəngəzur dəhlizi ilə bağlı bəyanatının rasionallıqdan və həqiqətdən tamamilə uzaq olduğunu deyib:

“Azərbaycanla Türkiyə aydındır, Ermənistanın da maraqlarına qətiyyən cavab verməyən, prezidentlərinin, xarici işlər nazirliklərinin mövqeyi ilə üst-üstə düşməyən ziddiyyətli söz yığınıdır. Üstəlik, oradakı gizli hədə onu edənlərin potensiallarıyla bir araya sığmır və boylarını çox-çox aşır.
İran parlamentindəkilər Zəngəzur dəhlizinin işə düşməsini sərhədlərin dəyişdirilməsi kimi təqdim edərkən, görəsən, haralarıyla düşünürlər? Yaydıqları sənəddə bunu həm də "kollektiv təhlükəsizliyə birbaşa təhdid" olaraq dəyərləndirirlər. Maraqlıdır, burada hansı "kollektiv"dən söhbət gedir?
O söz yığınında iddia edildiyi kimi İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur. Bu ölkənin həm geoiqtisadi, elə həm də geosiyasi maraqlarına ən böyük zərbəni, cənab Pezeşkian da bu yaxınlarda etiraf etdi, oradakı rejimin yeritdiyi yanlış siyasət vurur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial