
Tbilisi uğurunda qızğın mübarizə: Hakim partiyanın qazanmaq şansı daha yüksək görünür -RƏY
11:25 28.07.2025
Cənubi Qafqaz
320
Turab Rzayev: Tbilisi meri faktiki olaraq ölkə iqtisadiyyatının yarısını idarə etmiş olur
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Tbilisi meri vəzifəsinə başqa namizəd irəli sürə bilər.
Bu barədə partiyanın üzvü, deputat Levan Maxaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tbilisinin hazırkı meri Kaxa Kaladze bu vəzifəyə bir daha namizəd kimi irəli sürülməsinə marağını ifadə edib:
“Lakin Tbilisi meri vəzifəsinə başqa namizədin irəli sürülməsi ehtimalı var. Bu barədə çox güman ki, bu həftə məlum olacaq. Namizədimizin rəsmən irəli sürülməsi üçün lazımı prosedurlar həyata keçirilməlidir. Gəlin, bir neçə gün bu prosesləri gözləyək və ictimaiyyət nəhayət namizədimizin kim olacağını görəcək”.
Qeyd edək ki, K.Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci, ikinci dəfə isə 2021-ci ildə seçilib. Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər bu ilin oktyabrın 4-nə təyin edilib.
Politoloq Turab Rzayev “Sherg.az”a deyib ki, yeni Tbilisi merinin kim olacağını açıqlamağa tələsmirlər:

“Hakim partiya da bununla bağlı konkret mövqeyini bəlli etməyib. Kaxa Kaladze özü yenə mer olmaq istəyir. Lakin onun üzvlüyü ilə bağlı partiya daxilində fikir ayrılığı var. Yeni namizədin kimliyini isə açıqlamırlar. Görünür “Gürcü Arzusu”-dakonkret fikir formalalaşmayıb.Ümumiyyətlə ya yeni namizədin kimliyi partiya rəhbərlərinə bəllidir, lakin onu gündəmə gətirib ictimai sektora hədəf etmək istəmirlər, ya da bir neçə namizəd arasında rəqabət gedir”.
Politoloq qeyd edib ki, Gürcüstanda ölkə əhalisinin yarısı Tbilisi şəhərində yaşayır:
“Ona görə də Tbilisi meri faktiki olaraq ölkə iqtisadiyyatının yarısını idarə etmiş olur. Həmçinin Gürcüstanda bələdiyyələrin çox böyük nüfuzları var. Ona görə də Tbilisi meriasında seçki instutu kimi təsir imkanları mövcuddur. Bu səbəblə də Tbilisi uğurunda qızğın mübarizə gedir. Yəqin ki yenə də belə olacaq. Amma ümumi baxdıqda hakim partiyanın qazanmaq şansı daha yüksək görünür. Onlar digər inzibati resurslara nəzarət etdiyi üçün Tbilisi merliyini rahatlıqla götürəcəklər. Burada müxalifət və iqtidar arasında daha çox müxalifət namizədin kim olması uğrunda daha qızğın rəqabət gedəcək”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya