“Azərsun Holdinq” Yaşıl zonada "İstehlakçılıqdan dövriyyəyə" panel müzakirəsi təşkil edəcək
11:42 20.11.2024
COP29
326
"Azərsun Holdinq" COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı kimi qlobal iqlim tədbirlərinin təşkilində fəal iştirak edir. Şirkət, son günlərdə COP29 çərçivəsində təşkil olunan Yaşıl Zona pavilyonunda süni intellekt, təkrar emal, resursların səmərəli istifadəsi və sağlam həyatla bağlı müxtəlif təqdimatlar və seminarlar keçirib. Tədbirlərdə media nümayəndələri, müxtəlif şirkətlərin əməkdaşları və beynəlxalq tərəfdaşlar iştirak ediblər.
Sherg.az xəbər verir ki, növbəti panel müzakirəsi 21 noyabr saat 10:00-11:00 aralığında Yaşıl Zona “Kainat” zalında baş tutacaq. “İstehlakçılıqdan dövriyyəyə: Resursların səmərəli istifadəsi və iqlim fəaliyyəti ilə həddən artıq istehlak probleminin həlli” mövzusunda keçiriləcək müzakirədə, iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişaf və gənc liderlərin bu sahədəki rolu ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə əsas çıxışçılardan biri, Azərsun Kağız və Karton Korporasiyası nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabriki müdiri Əli Məmmədov olacaq.
“Azərsun Holdinq”, ekoloji dayanıqlığı təmin etmək məqsədilə təkrar emal sahəsində tətbiq etdiyi innovativ yanaşmalarla yanaşı, həm də sosial məsuliyyət təşəbbüslərinə böyük önəm verir. Şirkət, yerli və beynəlxalq səviyyədə ətraf mühitin qorunmasına və iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə vermək üçün fəaliyyətini genişləndirməkdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya
Gəncədə azyaşlı xəstəxanada ölüb - YENİLƏNİB
13:03 29.01.2026
Hadisə