Meksika və ABŞ prezidentləri narkotik qaçaqmalçılığına qarşı mübarizəni müzakirə etdilər

ABŞ və Meksika prezidentləri narkotik qaçaqmalçılığı ilə mübarizəni müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum “X” səhifəsində məlumat yayıb.

"ABŞ Prezidenti Donald Tramp ilə çox yaxşı söhbətimiz oldu. Müxtəlif mövzuları, o cümlədən suverenliyimizə hörmətlə yanaşmaqla təhlükəsizlik məsələlərini, narkotik qaçaqmalçılığının azaldılmasını, ticarət və investisiyaları müzakirə etdik. Qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət həmişə nəticə verir", – K.Şeynbaum bildirib.