Bunu təşkil edənlər var, batalyon erməni kilsəsindən yola salınsa da, arxasında erməni biznesmenlərin izi görünür
Rusiya parçalanma ilə üz-üzə - ŞƏRH
10:31 05.07.2023
Dünya
683
Ermənilər ruslardan ötrü könüllü güllə qabağına getməzlər
Bunu təşkil edənlər var, batalyon erməni kilsəsindən yola salınsa da, arxasında erməni biznesmenlərin izi görünür
Bunu təşkil edənlər var, batalyon erməni kilsəsindən yola salınsa da, arxasında erməni biznesmenlərin izi görünür
Rusiya rəsmiləri Ukraynaya ermənilərdən ibarət yeni formalaşdırılmış batalyon göndərir. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) Rusiya mənbələrinə istinadən məlumat paylaşıb. Bildirilib ki, Rusiya mənbələri iyulun 2-də sözügedən "Arbat" könüllü batalyonunun Moskvadakı erməni kilsəsindən yola salınması mərasiminin fotoşəkillərini yayıb. Ukraynaya qarşı döyüşəcək erməni batalyonunda Ermənistan vətəndaşlarının, eləcə də Abxaziyadan olan etnik ermənilərin olduğu deyilir.
Yayılan məlumatları "Sherg.az"a təhlil edən politoloq Natiq Miri deyib ki, Rusiya Ukrayna ilə müharibədə dominant etnos sayılan ruslardan deyil, ölkədəki digər etniklərdən, milli azlıqlardan istifadə edir. Ekspertin fikrincə, Kreml bununla rus xalqının genefonduna daha çox zərər dəyməsinin qarşısını almağa çalışır: "Moskva bu siyasəti açıq şəkildə aparır və bununla bağlı bəzi etniklərdə, milli respublikalarda narazılıq müşahidə olunur. Rusiyanın Ukrayna cəbhəsində məğlubiyyəti artdıqca, daxildəki etirazlar daha da çoxalacaq. Bu, Rusiyanı parçalanmaya qədər apara biləcək təhlükəli prosesin başlanğıcıdır. Digər məqam isə odur ki, Rusiyadakı bütün milli azlıqların mərkəzi hakimiyyətdən asılılığı faktdır. Rusiyada bizneslə məşğul olanlar mütləq mənada siyasi hakimiyyətlə hesablaşırlar. Ölkədə milyardlara sahib olanlar öz varidatlarını məhz Kreml vasitəsi ilə əldə edirlər. Rusiyanın müxtəlif şəhərlərində xeyli erməni milyarderlər var. Erməni biznesmenlərin hamısı öz milyardlarını cinayət yolu ilə, qanunsuz fəaliyyətlə və siyasi hakimiyyətin dəstəyi ilə qazanıblar. Ona görə də vaxtı çatanda Kremldən gələn tələbləri qeyd-şərtsiz icra etmək məcburiyyətində qalırlar. Etniklərdən ibarət ayrıca batalyonların hazırlanması və Ukraynaya savaşa göndərilməsi də bu prosesin tərkib hissəsidir. İndi əlini daşın altına qoyan erməni iş adamları cinayət yolu ilə böyük vəsaitlərə sahib olmuş şəxslərdir".
N.Miri diqqətə çatdırıb ki, ermənilərdən ibarət xüsusi batalyonların təşkil olunması, hazırlanması və maliyyələşməsində erməni biznesmenlərinin rolu danılmazdır: "Necə ki, Ruben Vardanyan siyasi alət olaraq Rusiyanın geosiyasi maraqları kontekstində Qarabağa göndərildi, eyni şeyi Ara Abramyan və digər erməni milyarderlər Moskvada həyata keçirirlər. Yəni bu, müstəqil iradədən doğan məsələ deyil, birbaşa Kremlin tələbidir. Rusiyaya dəstək xarakterli hansısa "vətənpərvərlik"dən, "ideoloji hərəkat"dan söhbət getmir. Ermənilər ruslardan ötrü könüllü güllə qabağına getməzlər. Bunu təşkil edənlər var. Batalyon erməni kilsəsindən yola salınsa da, arxasında erməni biznesmenlərin izi görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual