Qarabağ erməniləri görüşdən, dialoqdan yayınır - Politoloq
20:37 14.08.2023
Siyasət
639
"Onlarla bağlı qərar verilib. Bölgədəki qanunsuz birləşmələr və separatçılar layiqli cəzalarını alacaqlar"
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiyanın “Kommersant” qəzetində dərc edilmiş məqalədə əksini tapmış fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi: "Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı. Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub". A.Hacızadə vurğulayıb ki, ermənilərin bu mövzunu siyasi manipulyasiya alətinə çevirməsi qarşı tərəfin sülh və sabitlikdə maraqlı olmadıqlarını bir daha nümayiş etdirib.
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Qarabağ erməniləri iki dəfə Azərbaycan hökumətinin görüş təklifini əvvəlcə qəbul etsələr də, sonradan bundan imtina ediblər. Analitikin sözlərinə görə, Yevlaxda görüşlə bağlı üç tərəf arasında razılığa gəlinsə də, separatçılar görüşdən vaz keçərək həqiqi niyyətlərini ortaya qoydular:
"Məqsəd reinteqrasiyadan, dialoqdan yayınmaq və dolayı yolla sülhə mane olmaqdır. Ruben Vardanyan həyasızcasına azərbaycanlıları təhdid edir, bizə "Nemezis"in tarixini xatırladır. Məsələ ondadır ki, bu faşist xislət Ermənistanda, separatçılar və erməni lobbisində də davam etməkdədir. Ermənistanda aparılan sorğuların nəticəsi də göstərir ki, çoxluq Qarabağı Azərbaycan ərazisi kimi görmək istəmir. Əfsuslar olsun ki, erməni cəmiyyəti Azərbaycanla sülhə, normal əməkdaşlığa hazır deyil. Artıq söyləmək mümkündür ki, 2023-cü il ərzində tərəflər arasında sülh müqaviləsinin imzalanması qeyri-mümkündür. Nəinki sülh müqaviləsi, sərhədlərin delimitasiya və demarkasiyası və Zəngəzur dəhlizi ilə bağlı da hansısa irəliləyişdən söhbət getməyəcək. Bu, olduqca ciddi hallardır. Çünki 2023-cü ilin Nikol Paşinyan üçün son dövr olduğunu vurğulamışdıq, danışıqlarda müəyyən müsbət impulslar, irəliləyişlər var idi. Amma sonradan ermənilərin atdığı addımlar, Laçın yolu ətrafında təxribatlar törədilməsi, BMT-yə müraciət göstərdi ki, İrəvan bütün görüşlərdə imitasiya ilə məşğul olurmuş. İndi ermənilərin iç üzü açılıb".
Z.Məmmədovun fikrincə, narahat olmağa dəyməz, baş verənlər sonunda Azərbaycanın lehinə nəticələnəcək:
"Qarabağın dağlıq hissəsində ermənilərin gələcəyini özümüz müəyyən etmişik. Onlarla bağlı qərar verilib. Bölgədəki qanunsuz birləşmələr və separatçılar layiqli cəzalarını alacaqlar. Ondan sonra rəsmi Bakı Azərbaycanın tarixi torpaqlarında öz milli təhlükəsizliyini qorumaq məcburiyyətində qalacaq. Baş verən hadisələr göstərir ki, Azərbaycanın təhlükəsizliyi məhz Göyçədə və Qərbi Zəngəzurda həllini tapacaq. Nikol Paşinyan 1976-cı və 1991-ci ilin xəritələrinə istinad edirdi. Delimitasiya və demarkasiyanın həmin xəritələr üzrə getməsini istəyirdi. Ancaq erməni Baş nazir də reallığı düzgün qəbul etmir. Əgər İrəvan Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanımırsa, rəsmi Bakı da Qərbi Zəngəzuru və Göyçəni Ermənistan ərazisi kimi tanımayacaq. 1920-ci ilin aprel sənədləri və işğala qədərki dövrü əhatə edən ərazilərimizə də lazım gələrsə baxılacaq. Buna baxmayaraq, Azərbaycan Ermənistanla sərhədlərin qarşılıqlı tanınmasını istəyir. Buna əməl etməyən Ermənistan sonradan böyük peşmanlıq hissi keçirəcək. BMT müstəvisində aparılan müzakirələrdə hansı dövlət Ermənistanın yanında yer alacaqsa, həmin ölkə danışıqlar prosesində iştirak etmək missiyasını itirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət