Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, diplomat müvafiq paylaşımı X sosial şəbəkəsində yerləşdirib.
"Ədalətin təntənəsini, suverenliyi və ölkənin ərazi bütövlüyünün bərpasını simvolizə edən Zəfər Günü münasibətilə Azərbaycan rəhbərliyini və qardaş xalqını təbrik edirəm! Azərbaycana sülh, birlik, rifah və gələcək uğurlar arzulayıram!" - səfir yazıb.