Bəşər Əsəd 20 ildən sonra o qapını bir də açdı
Yusif Nəzərli
08:01 22.09.2023
Dünya
493
Çin lideri Suriya diktatorunu ölkəsinə dəvət etməklə Qərbin rəyi ilə hesablaşmadığını ortaya qoyub
Suriya Prezidenti Bəşər Əsədin Çinə səfəri başlayıb. Bu, Suriya diktatorunun 20 ildən sonra Çinə ikinci səfəridir. Əsəd sonuncu dəfə 2004-cü ildə Çinin ozamankı lideri Hu Jintao ilə görüşmək üçün Çinə səfər etmişdi. Əsəd Suriyada müharibənin başladığı 2011-ci ildən bu yana Rusiya və İran xaricində başqa ölkələrə səfər edə bilmirdi, onu dəvət edən də yox idi. Bəşər Əsəd Çinə 19-cu Asiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün səfər edib. O, şərqi Çinin Zhejiang əyalətinin paytaxtı Xançjou şəhərinə gedib. Ekspertlərə görə, idman tədbiri bəhanədir. Əsəd Çin lideri Tsi Cinpinlə görüşəcək və Suriya-Çin sammitində iştirak edəcək. Bu görüş və sammitdə iştirak Əsəd üçün vacibdir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Çin lideri Suriya diktatorunu ölkəsinə dəvət etməklə Qərbin rəyi ilə hesablaşmadığını ortaya qoyub. Analitikin fikrincə, Suriyada vətəndaş müharibəsi zamanı yüzminlərlə mülki insan həlak olub. Orduda parçalanma əmələ gəlib, terrorçu qruplaşmalar bir-birləriylə savaşıblar: "Suriya böyük dövlətlərin maraqlarının kəşişdiyi məkana çevrilmişdi. Çin Suriyadakı proseslərə qarışmırdı. Əsas oyunçular Rusiya, İran, Türkiyə, ABŞ və bir qisim ərəb ölkəsi idi. Bəşər Əsəd Rusiyanın dəstəyi sayəsində ərazilərin böyük hissəsində nəzarəti bərpa edə bilib. Doğrudur, silahlı kürd qruplaşmalar və bir qisim fərqli silahlı qruplar ölkənin ərazisinin bir hissəsinə nəzarət edirlər. Ancaq Suriya dünya agentliklərinin artıq baş xəbəri deyil, ölkədə nisbi sakitlik bərpa olunub. Bu, Bəşər Əsədə imkan verir ki, legitimliyini beynəlxalq aləmdə bərpa etməyə çalışsın. Onun əsas vəzifəsi ərəb ölkələri ilə keçmiş əlaqələrin bərpasıdır. Ancaq Bəşər Əsədə maliyyə də lazımdır ki, müharibənin nəticələrini aradan qaldırmağa çalışsın".
Ekspert vurğulayıb ki, ərəb dövlətləri onunla təmaslara razılaşsalar da, Suriyaya yatırım qoymağa tələsməyəcəklər: "Əsədə dəstək verən Rusiya və İranın isə dağılmış Suriyanı bərpa edəcək qədər maliyyəsi yoxdur. Əksinə, Qərbin Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalar bu ölkələrin iqtisadiyyatlarına mənfi təsir edir, inflyasiya artıb. Buna görə də Bəşər Əsədin ümidi Çinədir. Pekin müxtəlif ölkələrdə yatırımlar həyata keçirir. Buna baxmayaraq, Çinin də iqtisadi artımı zəifləyib və maliyyəsini ehtiyatla xərcləmək məcburiyyətindədir. Pekin bəzən təhlükəli bölgələrdə də yatırımlar həyata keçirir. Buna misal olaraq Çinin "Taliban"ın hakim olduğu Əfqanıstana yatırımlar qoymasıdır. Ancaq Suriyada sabitlik hələ bərpa olunmayıb və vəziyyətin istənilən an dəyişməsi ehtimalı var. Bu səbəbdən Pekin Suriyaya yatırım qoymağa tələsməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya