“Ana dili - Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verib
11:13 22.09.2023
Cəmiyyət
605
Yeni tədris ilindən “Ana dili - Azərbaycan məktəbi” layihəsi məsafədən dərslərə start verib.
"Report" xəbər verir ki, bu günədək 29 fərqli ölkədən 600-ə yaxın soydaşımız layihədə iştirak üçün müraciət edib. Müraciətlərin təhlili aparıldıqdan sonra ümumilikdə 35 qrup olmaqla 6-18 yaş kateqoriyası üzrə 300-dən çox iştirakçı ana dili dərslərinə başlayıb.
Qruplar layihə iştirakçılarının yaş, dilbilmə səviyyəsi və saat qurşaqlarını nəzərə almaqla təşkil olunub. Layihənin tədris proqramı ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyətinə dair məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb. Dərslər həftədə iki dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən təşkil edilir. Proqram iki rüb olmaqla 2023-2024-cü tədris ilini əhatə edəcək.
Vaxt və yaş kateqoriyası baxımından dərslərdə iştirak edə bilməyən şəxslər üçün yaxın vaxtlarda layihənin sosial media hesablarında və onlayn öyrənmə platformasına videodərslər yerləşdiriləcək.
Qeyd edək ki, “Ana dili - Azərbaycan məktəbi” Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımız üçün ana dilini məsafədən öyrənməni təmin edən pilot layihədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya