Nazir: "Minatəmizləmə sahəsində beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var"
Yusif Nəzərli
17:25 23.09.2023
Gündəm
578
Azərbaycanda davam edən mina problemini və dövlət qurumlarının bu problemi həll etmək istiqamətində üzləşdikləri çətinlikləri nəzərə alaraq, minatəmizləmə sahəsində Azərbaycanın potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, bu cür dəstək minatəmizləmə səylərinə kömək etməklə yanaşı, o cümlədən minalarla mübarizə istiqamətində qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək.
C.Bayramov deyib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üzrə iki dövlət arasında aparılan proses ilə yanaşı, milli səviyyədə ərazilərimizin otuz illik hərbi işğalının ağır nəticələrinin aradan qaldırılması məqsədilə genişmiqyaslı bərpa, yenidənqurma işlərinə başlayıb:
"Bu tədbirlər yüz minlərlə azərbaycanlının öz pozulmuş təhlükəsiz və ləyaqətli qayıdış hüququnu həyata keçirməyi təmin etmək məqsədi daşıyır.hökumətin yorulmaz səyləri sayəsində Ermənistanın 30 illik hərbi işğalı zamanı görünməmiş vandalizm aktına məruz qalan ərazilərə həyat qayıdır. Köçkün ailələrin ilk qrupları artıq öz doğma torpaqlarına qayıdıb. Təəssüf ki, Azərbaycan ərazilərində kütləvi şəkildə yerüstü minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün əhəmiyyətli maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün təhlükə yaradır".
Nazir qeyd edib ki, Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırır və insan tələfatının sayını artırır.
C.Bayramov vurğulayıb ki, 2020-ci ilin noyabr ayından bəri 315 nəfər Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanı olub. Bəzi minalar isə Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə köçürülüb və yerləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm