
Zəngəzur dəhlizinin açılmasından başqa yol qalmır - ŞƏRH
Yusif Nəzərli
14:18 25.09.2023
Aktual
595
Ermənistan heç vaxt heç bir ekstraterritorial dəhliz verməyə razı olmayıb və olmayacaq. Regional kommunikasiyalar tərəflərin suverenliyi, yurisdiksiyası və qarşılıqlılığı prinsipləri əsasında blokadadan çıxarılmalıdır.
Bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
Sanosyan qeyd edib ki, İrəvanın mövqeyi dəyişməz olaraq qalır – “dəhliz” məntiqi yoxdur.
Eyni zamanda, o, Ermənistanın yüksək səviyyədə əldə olunmuş razılaşmalara sadiq qaldığını vurğulayıb.
Qnel Sanasyonun fikirlərinə münasibət bildirən politoloq Züriyə Qarayeva "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan tək Zəngəzurla bağlı deyil, bütövlükdə 2020-ci il üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin böyük əksəriyyətini yerinə yetirmədi:

"Bunlardan ən başlıcası isə 4-cü maddə idi ki, onu da icra etməyi çətinləşdirirdilər. Söhbət qanunsuz erməni hərbi birləşmələrinin bölgədən təmizlənməsindən gedirdi. Ermənistan tərəfi bu istiqamətdə heç bir ciddi addım atmadığına və təxribatlarları günü-gündən daha da intensivləşdirdiyinə görə Azərbaycan məcburən lokal xarakterli antiterror tədbirlərini həyata keçirdi. Bununla da həmin müddəanın icrası baş tutdu. Həmçinin digər müddəaların da işləkliyinin təmin olunması üçün Ermənistana dərs verilmiş oldu. Üçtərəfli bəyanatın altında imzası olan tərəflər oradakı öhdəlikləri mütləq şəkildə yerinə yetirmək məcburiyyətindədir. Cənab Prezident İlham Əliyevin dediyi kimi ya xoşluqla, ya da "Dəmir Yumruq" vasitəsilə buna əməl edəcəklər. Zəngəzur dəhlizi ilə bağlı məsələdə Nikol Paşinyan ümumiyyətlə bütövlükdə İrəvan administrasiyası bu günə qədər söz oyunu oynamağa çalışıb. Ermənistan Laçın yolu ilə Zəngəzur dəhlizini president göstərmək istəyiblər. Ancaq Laçın yolu ilə Zəngəzur dəhlizi heç zaman president ola bilməz. Çünki Zəngəzur dəhlizi Laçın yolundan fərqli olaraq Azərbaycan ərazisindən keçidi təmin edir. Odur ki, Laçın yolunun belə bir təyinatı mövcud olmadığına və üçtərəfli bəyanatda Ermənistan bu öhdəliyi üzərinə götürdüyünə görə Zəngəzur dəhlizinin açılmasından başqa yol qalmır. Üstəlik əsas fundamental məsələ separatçıların tərksilah edilməsi idi. Burada ciddi uğurlar əldə edildikdən sonra Ermənistan ilə sülh sazişinin imzalanması üzrə də problem qalmır. Sülh sazişinin imzalanması üçün Ermənistanın qarşısında müəyyən şərtlər var. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Buna görə də sülh sazişindən öncə Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma mütləq şəkildə əldə olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm